Modern.az

BANM-in tələbələri “Fövqəladə hallarda özünü necə aparmalı?”

BANM-in tələbələri “Fövqəladə hallarda özünü necə aparmalı?”

28 Mart 2017, 10:53

Bakı Ali Neft Məktəbinin (BANM) ilk məzunları neft və kimya texnologiyaları, avtomatika sahəsində biliklərə yanaşı, həm də fövqəladə hallar zamanı davranış bacarıqlarına malik olacaqlar. Bu bacarıqlara onlar hər şənbə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında yiyələnirlər. Burada tələbələr xilasetmə işlərində iştirak edir, yaralılara ilk tibbi yardım göstərməyi, həmçinin fövqəladə hallar zamanı sanitar-gigiyena qaydalarına uyğun zəruri tədbirlərin görülməsini öyrənirlər.

 

Tələbələrin tibbi hazırlığı birinci semestrdəki "Mülki müdafiə: Tibbi yardım göstərməyin əsasları" yeni fənn çərçivəsində mühazirələrin davamı olaraqtəşkil olunub. Ötən il Ali Məktəbin "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasının beşinci kurs tələbələrinin cədvəlinə daxil edilmiş sözügedən fənni BANM-in Kimya mühəndisliyi kafedrasının professoru, Dövlət Sərhəd Xidməti Hərbi hospitalının Baş həkimi, tibb elmləri doktoru, professor Kənan Yusif-zadə aparır.

 

Nəzəri məşğələlərdə tələbələr mülki müdafiənin əsaslarını, sülh və müharibə dövrlərində fövqəladə hallar və hadisələrin tiplərini, bu hallarda xilasetmə işlərinin aparılması prosedurları və davranış qaydalarını öyrənirdilər. Proqram, mühazirələr ilə yanaşı, interaktiv tədris elementləri, o cümlədən müzakirələr, təqdimatlar, real halların modelləşdirilməsi və praktiki məşğələlərdən ibarət idi.

 

Tibbi təcrübə zamanı tələbələr ürəyin qapalı masajı və süni tənəffüs, sarğı qoymaq, qan nümunələri götürmək,xəsarət alanlara ilkin diaqnoz qoymağı öyrənirlər. Bundan əlavə, onlar əməliyyatiş şəraiti və yoluxucu xəstəliklərin profilaktikası ilə tanış olurlar.

 

Rektor Elmar Qasımov bildirib ki, neft və qazın kəşfiyyatı və hasilatı riskli olduğundan bu sahədə çalışan mütəxəssislərin fövqəladə vəziyyətdə nə etməli olduqlarını bilmələri mütləqdir. “Məhz bu səbəbdən biz yeni fənni məcburi fənn etməkləAli Məktəbin bütün yuxarı kurs tələbələrinə tədris etmək niyyətindəyik” – deyə rektor qeyd edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir