Modern.az

Gürcüstandan yeni İDDİA: “Avropa Birliyinin üzvü olmaq istəyirik”

Gürcüstandan yeni İDDİA: “Avropa Birliyinin üzvü olmaq istəyirik”

28 Mart 2017, 11:02

Bu gündən başlayaraq, Gürcüstan vətəndaşları Avropaya vizasız gedir. Belə ki, 2017-ci ilin 2 fevralında Avropa Parlamentində keçirilən səsvermədə zalda olan 647 deputatdan 553-ü Gürcüstanla vizasız rejim tətbiq edilməsinə səs verib.
Bununla da, Avropa Parlamenti Gürcüstanla viza rejiminin ləğvinə səs verib.

 

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev Modern.az-a açıqlamasında deyib ki, Gürcüstan müstəqil olandan bu yana xarici siyasətdə ən böyuk uğurlarından birini əldə edib.

 

“Və o uğur budur ki, biz Gürcüstan vətəndaşları mart ayının 28-dən Şenqen ölkələrinə vizasız gedə biləcəyik. Hökumətimiz bu uğuru əldə etmək üçün çox çalışdı. Vətəndaşlarımızın istəyini nəzərə alaraq, Gürcüstanı Avropa ailəsinə yaxınlaşdırmaq üçün hamı öz boynuna düşəni etdi və bu gün dünya bizim bu uğuru danışır.

 

Bildiyiniz kimi son üç gündə də bütün Gürcüstan bu hadisəni bayram kimi qeyd edir. Konsertlər, şənliklər təşkil olunub.  Bu onun sübutudur ki, Gürcüstan az bir vaxt ərzində  xarici arenada öndə gedən ölkələrdən birinə çevrilib.  Avropaya vizasız gedişi əldə etmək hər bir Gürcüstan vətəndaşının uğurudur və tariximizin ən önəmli səhifələrindın biridir”.

 

Deputat onu da bildirib ki, iş bununla bitmir.

 

“Mən hakim partiyanın parlament deputatı kimi öz tərəfimdən onu da qeyd etmək istərdim ki, bununla iş bitmir. Bizim məqsədimiz Avropa  bazarına öz məhsullarımızı çıxarmaq və ən əsası Avropa Birliyinə üzv olmaqdır. Dövlətimiz də öz növbəsində bu prosesi dayandırmır. Hətta, deyərdim ki, bu uğurdan sonra, daha da böyük güclə, böyük həvəslə, bu işi davam etdirəcəyik”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir