Modern.az

ABŞ-da yəhudilərə qarşı nifrət GÜCLƏNİB

ABŞ-da yəhudilərə qarşı nifrət GÜCLƏNİB

28 Mart 2017, 11:13

Donald Tramp ABŞ prezidenti seçiləndən sonra ölkədə yəhudilərə qarşı təzyiqlər başlayıb. Və çoxları bildirir ki, ABŞ-da antisemitizmin güclənməsi ilə Trampın prezident seçilməsi arasında əlaqə var.

 

Modern.az saytının məəlumatına görə, bu haqda İsrailin “Haaretz” nəşri yazıb.

 

Bildirilib ki, ABŞ-da həqiqətən də güclü anti-yəhudi əhval ruhiyyəsi var: məsələn, yəhudi qəbiristanlıqlarının təhqir olunması buna misaldır.

Məlumata görə, Sent-Luisdə 100-dən çox yəhudi qəbri təhqir edilib. Nəşr yazır ki, indiyə qədər bu hərəkəti edənlər haqqında tədbir görülməyib.

 

Bundan başqa Nyu-York polisi müsəlmanlara və yəhudilərə qarşı təhlükələrin 2 dəfədən çox artdığı barədə həyacan təbili çalıb.

 

Qeyd olunur ki, sosial şəbəkələrdə, ABŞ-ın müxtəlif ştatlarında antisemit ritorikası, yəhudilərə nifrət güclənib.

“Buna həm də imkan yaradan faktorlar var. Bilirsiniz ki, irqçi və neonasistlər Trampı dəstəkləyir"-deyə yazılıb.  

 

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir