Modern.az

Jurnalistlərin ikinci binasında tamamlama işləri görülür

Jurnalistlərin ikinci binasında tamamlama işləri görülür

28 Mart 2017, 11:14

“Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün tikilən ikinci binada hazırda tamamlanma işləri gedir”.

Bu barədə Modern.az-a jurnalistlərin yaşadığı birinci binanın sakinləri məlumat veriblər.

İkinci binada çalışan iş icraçıları isə bildiriblər ki, son tamamlama işlərinin yayadək yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi sonuncu dəfə mətbuata açıqlamasında Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın 2017-ci ilin yayında, Milli Mətbuat günü ərəfəsində istifadəyə veriləcəyini bildirmişdi.

3 girişli, 17 mərtəbəli bu bina 255 mənzildən ibarətdir.

Xatırladaq ki, Yeni Salyan yolunda tikilən birinci bina jurnalistlərin istifadəsinə 2013-cü ildə verilib.

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!