Modern.az

Prezident Saatlıda müşavirə keçirir - YENİLƏNİB 

 Prezident Saatlıda müşavirə keçirir - YENİLƏNİB 

28 Mart 2017, 11:24

Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.

Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi - uşaq bağçasının açılışında da iştirak edib.

Ölkə başçısı həmçinin Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

Modern.az xəbər verir ki, Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə iştirak edir.

***

Dövlət başçısı müşavirədə giriş nitqi söylədi.

Sonra Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Gilan Holdinq”in Gilan kənd təsərrüfatı qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz Camalov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış etdilər.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi