Modern.az

Azərbaycanda qumarxana təşkil edənlərə 15 min manatlıq YENİ CƏZA

Azərbaycanda qumarxana təşkil edənlərə 15 min manatlıq YENİ CƏZA

Aktual

28 Mart 2017, 11:25

Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə cəza ağırlaşdırılır.

Modern.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə bu işi görənlərə cərimə də tətbiq olunacaq. Hazırki qanunvericiliyə əsasən, bu əməllərə görə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Bundan sonra qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə on min manatdan on min beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması təklif edilir.

 
Milli Məclis bu layihəni müzakirəyə çıxarmağa hazırlaşır...


Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub