Modern.az

Vaqif Bayatlı Odərdən xəbər var

Vaqif Bayatlı Odərdən xəbər var

28 Mart 2017, 11:39

“Yeni görüşmüşük, vəziyyət ümumən yaxşıdır. Keçənilki əməliyyatlar müsbət nəticəsini verib. Kifayət qədər irəliləyiş hiss olunur”.


Bunu Modern.az saytına açıqamasında tanınmış şair Vaqif Bayatlı Odərin yaxın dostu sosioloq alim Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, ötən ilin yayında Türkiyədə ağır əməliyyatdan çıxan  şairin durumu və ovqatı çox yaxşıdır:


“İndi gözləyirlər ki, bu yaxınlarda yenidən əməliyyat üçün gedəcəklər. Çünki bu müalicələr davamlı olmalıdır. Amma ən sevindirici müsbət məqam odur ki, müalicələr və ötənilki əməliyyatlar effektli olub. Əhval-ruhiyyəsi, ovqatı çox yaxşıdır”.


Qeyd edək ki, ötən ilin yayında təcili olaraq Türkiyəyə aparılan şair Vaqif Bayatlı Odər ürəyindən əməliyyat edilmişdi. Lakin bu məsələnin yalnız bir tərəfi idi. Çünki ürək əməliyyatından ən azı 6 ay sonra şair səhhətindəki əsas probleminə çevrilən beynindən də əməliyyat edilməlidir”.


E.Nazimoğlu

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər