19 avqust 2017, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Dünyada ilk xalça muzeyinin yarım əsrlik yubileyi - FOTOLAR
Dünyada ilk xalça muzeyinin yarım əsrlik yubileyi - FOTOLAR +
28.03.2017, 13:49

Şirin Məlikova
Azərbaycan Xalça Muzeyinin direktoru
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
“İncəsənət tarixi” kafedrasının dosenti



Bu il Azərbaycan Xalça Muzeyi özünün 50 illiyini qeyd edir. 1967-ci il martın 13-də Azərbaycan SSR Nazirlər Sovetinin 130 nömrəli sərəncamına əsasən beynəlxalq miqyasda unikal olan muzeyin əsası qoyulmuşdur. Xalça sənəti Azərbaycan xalqının həyatında müstəsna rol daşıdığına görə, dünyada bu sahə üzrə ilk ixtisaslaşmış müəssisə olan Azərbaycan Xalça Muzeyi məhz respublikamızda təşkil edilmişdir. Böyük sənətkar Lətif Kərimovun təşəbbüsü ilə yaradılan muzey milli irsin əhəmiyyətli hissəsi sayılan xalça sənətinin və unudulmaqda olan xalça texnologiyalarının qorunub saxlanılmasını təmin edən, təbliği və tədqiqi ilə məşğul olan elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərir.


Bu illər ərzində muzeyin müxtəlif adları olmuşdur. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-cü ildən isə Azərbaycan Xalça Muzeyi adlanır.


50 il ərzində muzeyin ekspozisiyası müxtəlif təyinatlı binalarda fəaliyyət göstərmişdir. Belə ki, ilk ekspozisiya 1972-ci ildə İçərişəhərdə XIX əsr memarlıq abidəsi olan Cümə məscidində, müstəqillik illərində Neftçilər prospektindəki Muzey Mərkəzində (keçmiş Lenin Muzeyi), çağdaş dövrdə isə məhz onun üçün Dənizkənarı Milli Parkın gözəl guşəsində ucaldılan müasir üslublu möhtəşəm tikilidə yerləşmişdir. Xalqımızın milli irsinin nadir nümunələri olan xalça və dekorativ-tətbiqi sənət inciləri fərqli üslublu məkanlarda hər dəfə müxtəlif səslənərək ekspozisiyaya özünəməxsus xüsusiyyətlər gətirmişlər. Ancaq məhz yeni binadakı muzey ekspozisiyasında geniş halda olaraq 7 kolleksiyaya (“Xovsuz xalçalar”, “Xovlu xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Çini, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları”) daxil olan sənət nümunələri – xüsusilə də əsrarəngiz  xalçalarımız  layiqli şəkildə nümayiş olunmaq fürsətini qazandı.


Kolleksiyanın çox hissəsi 70-80-ci illərdə son dərəcə dəqiqliklə və mükəmməl şəkildə toplanmışdır. Kolleksiyanın toplanması məqsədi ilə respublika rəhbəri tərəfindən böyük vəsaitlər ayrılmışdı. Həmin dövrdə ölkənin aparıcı xalçaçı-alimləri, sənətşünasları və etnoqraflarının daxil olduğu ekspedisiyalar respublikamızın müxtəlif guşələrinə ezam olunmuş və bu zamanı muzey əhəmiyyətinə malik dekorativ-tətbiqi sənət nümunələri aşkarlanmışdır. Görkəmli xalçaçı-rəssam Lətif Kərimov başda olmaqla muzeyin ekspertləri tərəfindən toplanan əşyalar bu gün dünya incəsənət xəzinəsinin qiymətli nümunələri kimi qəbul olunur. Bu gün muzey fondları 10 mindən çox eksponatdan ibarət unikal kolleksiyaya malikdir. Onun böyük bir hissəsini xovsuz və xovlu xalçalar, xalça məmulatları təşkil edir. Bu Azərbaycan xalçalarının bütün növ və qrup kompozisiyalarının təqdim olunduğu ən dolğun və zəngin kolleksiyadır.


Muzeyin maraqlı kolleksiyası elmi-tədqiqat işi üçün tükənməz mənbədir. Yaranma tarixindən başlayaraq muzey elmi-tədqiqat və tədris mərkəzi olub, ölkəmizin mədəni həyatında fəal iştirak edir, beynəlxalq əlaqələr, fondların komplektləşdirilməsi və sosial sahələr üzrə işlər aparır.


Bu gözəl sənət məbədinə müxtəlif illərdə Əziz Əliyev (1967-1982) və Röya Tağıyeva (1983-2015) başçılıq etmişlər. 50 il ərzində muzey dünya səviyyəsində bir çox uğurlara imza atmış, həm ölkəmiz, həm keçmiş sovetlər birliyi, həm də beynəlxalq miqyasda Azərbaycan xalçasının tanıdılması və təbliğində böyük rol oynamışdır. Buna misal olaraq, 70-ci illərdə muzey kolleksiyasının bir qisminin Almaniyada və İtaliyada sərgilənməsini və bir sıra nəşrlərdə işıqlandırılmasını göstərmək olar. Muzey müvəffəqiyyətlə 30-a yaxın beynəlxalq miqyaslı sərgi keçirmişdir. İldən-ilə Azərbaycan xalçasının nüfuzu artırdı, bu da Azərbaycan xalçasına həsr olunmuş böyük bir elmi simpoziumun təşkili üçün zəmin yaradırdı. İlk simpozium Azərbaycan Xalça Muzeyinin təşəbbüsü və UNESCO-nun dəstəyi ilə 1983-cü ildə Bakıda təşkil olunmuşdur. Bu simpoziumun keçirilməsində ümummilli lider Heydər Əliyevin böyük dəstəyi və Azərbaycanın görkəmli xalça ustası, böyük sənətkar Lətif Kərimovun səyi olmuşdur. Azərbaycan xalçasının tanıdılması ilə bağlı digər beynəlxalq simpoziumlar 1988 və 2003-cü illərdə Bakıda, 2007-ci ildə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun təşkilatçılığı ilə UNESCO-nun Parisdəki Mənzil Qərargahında keçirilmişdir. Sonuncu Azərbaycan xalçası üzrə beynəlxalq simpozium Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş və bu da ölkəmizin xalça ustasına olan xüsusi hörmətin əyani göstəricisidir.


Muzeyin yaradılmasında, xalçaçılıq haqqında elmdə, xalça sənətinin bədii-texniki inkişafında Lətif Kərimovun rolu danılmazdır. Lətif Kərimovun 110 illik yubileyi 2016-cı ilə təsadüf etmiş və muzey tərəfindən təşkil olunmuş böyük bir tədbir – MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə “Xalçaçılıq sənəti” mövzusunda dəyirmi masa keçirilmiş və MDB ölkələrindən dəvət olunmuş xalça mütəxəssisləri iştirak etmişlər. Bu tədbir çərçivəsində Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq İncəsənəti Muzeyi (Moskva) ilə birgə Lətif Kərimovun 110 illik yubileyinə həsr olunmuş maraqlı sərgi keçirilmiş və muzey tərəfindən görkəmli xalça ustadı Lətif Kərimova həsr olunmuş kitab nəşr olunmuşdur.


Son illərdə muzey bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. O cümlədən, 2016-cı ilin yadda qalan tədbirlərindən biri I Beynəlxalq “Türk dünyasının ortaq dili − naxışlar” adlı simpoziumun keçirilməsidir. Cari ilin may ayında II simpoziumun keçirilməsi planlaşdırılır.


Muzey aktiv olaraq sosial yönümlü ictimai layihələr həyata keçirir. Kolleksiya nümunələrinin, xalqımızın adət və ənənələrinin müxtəlif yaş qrupları arasında təbliği və yaxından öyrənilməsi məqsədi ilə xüsusi tədris proqramları həyata keçirilir. Kiçik yaşlı tamaşaçılar üçün əyləncəli oyun proqramlarından tutmuş, elmi-populyar mühazirələrə, ustad dərslərinə kimi elmi-maarifləndirici proqramlar cəmiyyətimizin hər üzvünün tələblərini nəzərə alır. “Ailə günu” adlı layihə geniş spektorlu proqramdır. Bundan başqa, muzeydə maraqlı kurator layihəsi olan “Bir eksponatın tarixi”, ölkəmizin müxtəlif elm sahələrində çalışan tanınmış alimlərin mühazirələri, unudulmaqda olan xalça və tikmə texnologiyalarının öyrənilməsi və tədris olunması üzrə ustad dərsləri keçirilir.


2017-ci il muzeyin həyatında çox əlamətdar bir tarixdir. Muzey öz 50 illik yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşır. Belə ki, bu il silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən təşkil olunacaq simpozium Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə iştirakı ilə 17-20 oktyabr tarixlərində həyata keçiriləcək. Xalça muzeyi tədbir çərçivəsində bir neçə sərgilərin təşkilini, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə “Azərbaycan Xalça Muzeyi – 50 il” kitabının nəşrini nəzərdə tutur.


Xalqımızın mədəni həyatında əhəmiyyətli yer tutan Azərbaycan Xalça Muzeyi bundan sonra da öz fəaliyyətini yüksək səviyyədə davam etdirərək milli ruhumuzun əksi olan qiymətsiz sənət nümunələrini daima yaşadacaqdır.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Paytaxtda restoran yanıb
19.08.2017, 01:09

Paytaxtda restoran yanıb

Mingəçevirdə naməlum kişi meyiti tapılıb
19.08.2017, 00:56

Mingəçevirdə naməlum kişi meyiti tapılıb

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO
19.08.2017, 00:44

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO

ABŞ Suriyada qalmayacaq
19.08.2017, 00:27

ABŞ Suriyada qalmayacaq

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək
19.08.2017, 00:09

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib
18.08.2017, 23:53

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib

Məktəbli formaları alanlar aldadılır - VİDEO
18.08.2017, 23:39

Məktəbli formaları alanlar aldadılır - VİDEO

Azərbaycan nefti ucuzlaşdı
18.08.2017, 23:25

Azərbaycan nefti ucuzlaşdı

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO
18.08.2017, 23:09

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir
18.08.2017, 22:48

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb
18.08.2017, 22:34

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb
18.08.2017, 22:23

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO
18.08.2017, 22:09

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib
18.08.2017, 21:56

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST
18.08.2017, 21:42

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb
18.08.2017, 21:40

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ
18.08.2017, 21:26

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ

Bakıda jurnalistlər üçün təlim keçirilib
18.08.2017, 21:12

Bakıda jurnalistlər üçün təlim keçirilib

Yeltsinin avtomobili satışa çıxarılıb
18.08.2017, 20:57

Yeltsinin avtomobili satışa çıxarılıb

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü
18.08.2017, 20:43

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı
18.08.2017, 20:30

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı

Bodrumda yenidən zəlzələ olub
18.08.2017, 20:16

Bodrumda yenidən zəlzələ olub

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü
18.08.2017, 20:02

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi
18.08.2017, 19:41

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi

Gürcüstanda azərbaycanlı həbs olunub
18.08.2017, 18:56

Gürcüstanda azərbaycanlı həbs olunub

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı
18.08.2017, 18:38

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib
18.08.2017, 18:29

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 
18.08.2017, 18:17

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 

Gəncə sakini qayadan çaya düşərək ölüb
18.08.2017, 18:09

Gəncə sakini qayadan çaya düşərək ölüb

Putin Krıma getdi
18.08.2017, 17:48

Putin Krıma getdi

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi
18.08.2017, 17:31

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi

Dənizdə batan daha 4 nəfər xilas edilib
18.08.2017, 17:29

Dənizdə batan daha 4 nəfər xilas edilib

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA
18.08.2017, 17:23

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA

Dolların 3 günlük məzənnəsi açıqlandı
18.08.2017, 17:21

Dolların 3 günlük məzənnəsi açıqlandı

Prezident "Azərsu"ya 5.78 milyon manat ayırdı
18.08.2017, 17:17

Prezident "Azərsu"ya 5.78 milyon manat ayırdı

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50%)
SOCAR-dan(6.38%)
Lukoil-dan(17.0%)
Bunların heç birindən - başqasından(26.5%)