Modern.az

Erməni bicliyi…

Erməni bicliyi…

28 Mart 2017, 14:05

Hər bir insan fərqli xüsusiyyətlərə malik olsa da, bəzən bütün xalqlar kollektiv özəllikləri ilə məşhur olur.

 

Məsələn, almanlar dəqiqlik və intizamları ilə, italyanlar romantik və çılğınlıqları ilə, türklər emosionallıqları ilə seçilirlər. Heç şübhəsiz ki, ermənilərin kollektiv özəllikləri onların bicliyi və düşdükləri situasiyaya asanlıqla uyğunlaşa bilmələrindədir.

 

Nəinki tarixə, bugünkü Ermənistan siyasətinə nəzərə saldıqda da bunu görə bilərik. Bu ölkə regional konfliktlər səbəbindən tamamilə Rusiyanın təsir dairəsi altında olsa da, Qərblə inteqrasiya proseslərində də aktiv iştirak edir. Rəsmi Yerevan Avrasiya İttifaqına üzvlüklə yanaşı, Avropa Birliyi ilə də sıx əməkdaşlıq edir və viza rejiminin ləğvinə çalışır. Paralel olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür və NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində birgə təlimlərə qatılır. İkili siyasət yürütmək, daim güclü olanın tərəfində durmaq, loru dildə desək, saman altında su yeritmək təfəkkürü kollektiv şüurun bir parçası olmaqla yanaşı, siyasi elitaların içinə də sirayət edib.

 

Erməni bicliyinin daha bir nümunəsini diasporla münasibətlərdən də sezmək olar. Məlumdur ki, ermənilərin böyük əksəriyyəti Ermənistanda deyil, ölkə xaricində yaşayır. Erməni diasporu dünyada ən böyük güc mərkəzlərindən biri sayılır və rəsmi Yerevanın xarici siyasətdə atdığı addımlara təsir göstərə biləcək rıçaqlara malikdir. Avropa və ABŞ-da yaşayan ermənilər XX əsrin əvvəllərində güclü diaspor formalaşdırıblar, onlar daha çox Osmanlı imperiyasından köç edən ermənilərin törəmələridir. Qərb diasporu üçün ən ümdə vəzifə yaşadıqları ölkələrdə “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması və Türkiyə ilə sərhədlərin açılması məsələsində Yerevana təzyiqlər göstərməkdən ibarətdir. Erməni diasporunun bu qanadı zəngin və intellektual təbəqə ilə seçilir və Ermənistandakı seçkilərdə Sarkisyanın başçılıq etdiyi Qarabağ klanına qarşı alternativ addımlar atmağa çalışır.

 

ABŞ Konqresindəki “907-ci düzəliş” də məhz diasporun lobbi fəlaiyyətinin nəticəsi kimi qəbul olunmuşdu. Qərbyönümlü, Ermənistandakı hakimiyyətdən demokratiya gözləyən Qərb diasporu, Rusiya və MDB-dəki erməni diasporu ilə ciddi ziddiyyətlər yaşayır. Rusiyadakı erməni diasporunun son illərdə güc topladığını, Ermənistana maliyyə yardımı və lobbi dəstəyində Qərbdəkiləri sıxışdırdığını iddia etmək olar. Onlar üçün demokratik dəyərlər önəmli deyil, əskinə, Yerevadankı rejimlə sıx biznes maraqları yaratmaq vacibdir. Təsadüfi deyil ki, bu gün ABŞ və Avropa erməniləri Ermənistandakı iqtisadi layihələri dayandırır, ölkəni tərk edirlər. Bütün bu qarışıqlıqlara və maraqların toqquşmasına baxmayaraq, istər Rusiya erməniləri, istərsə də, Qərb erməniləri vətəndaşı olduqları ölkədə Ermənistan hakimiyyətinin maraqlarına xidmət etməyə çalışırlar. Təsadüfi deyil ki, hər il “erməni soyqırımı”nın tanınması, yaxud Qarabağdakı separatçı rejimin legitimləşməsi üçün piar-aksiyalar, xeyriyyə marafonları, lobbi fəlaiyyəti və s. həyata keçirilir.

 

Təəssüf ki, hələ də bir çox dünya ölkələri erməni bicliyini duya bilmir və rəsmi Yerevanın maraqlarına xidmət edən addımlar atır.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi