Modern.az

Mobil telefonun səs tonu insanın xarakterini tam müəyyənləşdirirmiş (Psixoloqların qənaəti)

Mobil telefonun səs tonu insanın xarakterini tam müəyyənləşdirirmiş (Psixoloqların qənaəti)

12 Aprel 2011, 11:24

Mobil telefon zəng çalanda hansı melodiya eşidilir? Bu  musiqinin xarakterindən asılı olaraq insanın özünün xasiyyətinin necə olduğunu demək olar. Hətta telefon yiyəsinin evil ya subay olduğnu da bununla  aydınlaşdırmaq mümkündür.

Psixoloqlar deyir ki, əgər zəng musiqisi elə telefon alınanda onun özündə olan mahnılar siyahısından hansısa standart bir melodiyadırsa - onda deməli mobil telefon  bu insan üçün yalnız rabitə vasitəsidir.

Əgər zəng zamanı telefondan klassik musiqi eşidilirsə, deməli, onun sahibi gözəllikdən başı çıxan və qadınların diqqət mərkəzində olan bir kişidir.

Ağır musiqi  depressiyadan, şən və ritmik melodiyalar isə yumor hissinin olduğundan xəbər verir.

Əgər kişi evlidirsə, onda onun telefonunda lirik musiqi zəng kimi istifadə olunur.

Psixoloqlar iddia edirlər ki, qadınlar çox vaxt enerjili, amma asta səsli ringtonu olan telefon sahiblərinə diqqət yetirirlər. Kişilər isə çox vaxt telefonunda hansısa rəqs kompozisiyasının səsi gələn xanımlarla maraqlanırlar.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir