Modern.az

Azərbaycandakı Türkiyə vətəndaşları aprelin 9-da səs verəcəklər

Azərbaycandakı Türkiyə vətəndaşları aprelin 9-da səs verəcəklər

28 Mart 2017, 14:46

Türkiyədə keçiriləcək referendumla əlaqədar bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları aprelin 9-da səs verəcəklər.

 

Türkiyənin Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, bu məqsədlə aprelin 9-u Bakıdakı səfirlikdə, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılacaq. Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

Dəqiq seçici sayı hələ məlum olmasa da Azərbaycanda da altı mindən çox Türkiyə vətəndaşının səs verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-da keçiriləcək.

 

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı