Modern.az

Strateji Araşdırmalar Mərkəzi məqalə müsabiqəsi elan etdi

Strateji Araşdırmalar Mərkəzi məqalə müsabiqəsi elan etdi

Təhsil

12 Aprel 2011, 11:30

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycan Republikasında müstəqilliyin bərpa edilməsinin 20 illik yubileyinə həsr edilmiş ümumrespublika məqalə müsabiqəsi elan edib.
SAM-dan Modern.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə,  beynəlxalq hüquq və beynəlxalq münasibətlər,  iqtisadiyyat sahəsində təhsil alan gənclərin analitik təhlil vərdişlərinin və qabiliyyətlərinin inkişaf etdirilməsi və stimullaşdırılması, yeni istedadların aşkara çıxarılmasıdır.

Müsabiqədə Azərbaycan Respublikasının paytaxtı və regionlarında, ali təhsil (dövlət və özəl) müəssisələrində  ictimai və humanitar elmlər sahəsində əyani təhsil alan gənc bakalavr və magistrlər, eləcə də AMEA-nın və respublikanın digər elmi-tədqiqat institutlarında çalışan qiyabi təhsil alan, magistrlər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim edilmiş işlər  müəllif ideyalarını əks etdirməli, analitik  meyara cavab verməlidir. Təklif edilən ideyalar arqumentlərlə əsaslandırılmalıdır. Qeydlər və istinad edilən mənbələr göstərilməlidir. Münsiflər heyəti ideyanın yeniliyi və təhlilin dərinliyi  ilə yanaşı, müəllif baxışını və üslubunu da dəyərləndirəcək.

Oktyabr ayında müsabiqənin yekunlarına həsr edilən ümumrespublika konfransı keçiriləcək, qaliblər mükafatlandırılacaq və ən yaxşı işlərin toplu şəklində çap edildiyi kitabın təqdimatı keçiriləcəkdir.

Müsabiqənin keçirilmə müddəti: 15 aprel-30 iyun 2011-ci il.
“Müsabiqə” sözü yazılmış işləri bu ünvana göndərilməlidir - [email protected].

Müsabiqə haqda daha  geniş məlumatları daimi olaraq SAM-ın saytında (www.sam.gov.az) izləmək olar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir