Modern.az

“İRƏLİ” Mart Soyqırımı aksiyasına start verir

“İRƏLİ” Mart Soyqırımı aksiyasına start verir

28 Mart 2017, 18:05

Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycan Respublikasında soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş milli yaddaşın təzahürüdür.

 

Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biridir. İnformasiya müharibələrinin sürətlə artdığı bir dövrdə, “İRƏLİ” İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi soyqırımla bağlı aksiyalara start verib. Aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə daha təsir edici formada çatdırmaq, soyqırım haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır. Birlikdən verilən məlumata görə, sosial şəbəkələrdə təsir qüvvəsi çox olan Twitter sosial şəbəkəsində aksiyaya 500-dən artıq gəncin qoşulacağı gözlənilir. Aksiyanın 01 aprel tarixinə kimi davam etməsi nəzərdə tutulur.

Belə ki, aksiyaya qoşulmaq istəyən şəxslər, Tvitter sosial şəbəkəsi üzərindən #31March1918 #31MarchGenocide #Azerbaijan #ireli2017 hashtaglarından istifadə edərək müxtəlif növdə olan məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərini daha böyük auditoriyalara çatdırılmasına nail ola bilərlər.

 

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyinin ötən ay Heydər Əliyev Fondunun Xocalıya Ədalət Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı Soyqırımının tanınması ilə bağlı sosial şəbəkə aksiyası həyata keçirmişdir. 300-dən artıq gəncin qoşulduğu twitter, facebook, instagram kimi sosial şəbəkələrdə #justiceforkhojaly haştaqı altında paylaşımlar edərək aksiyada yaxından iştirak etmiş və müxtəlif erməni qruplarına qarşı tutarlı arqumentlərlə çıxış etmişdir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir