Modern.az

Nəsimi rayonunda yeni yarmarka istifadəyə verildi

Nəsimi rayonunda yeni yarmarka istifadəyə verildi

28 Mart 2017, 18:10

Artıq Bakı şəhərində, altı rayon və altı ünvanda kənd təsərrüfatı məhsullartının satış yarmarkaları fəaliyyət göstərir.

 

Belə ki, mart ayından Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsində yerləşən “Agromall Yaşıl Market” yarmarkası gündəlik olaraq fəaliyyət göstərir. Yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılmış, yarmarka ən müasir texniki avadanlıqlarla təchiz olunub.

 

Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları öz məhsullarını satmaq üçün yeni təşkil olunmuş yarmarkaya dəvət olunur.

 

Məlum üçün bildiririk ki, “Yaşıl Market” yarmarkada yerləşmək üçün məhsul istehsalçılarından və sahibkarlardan heç bir ödəniş tələb olunmur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir