Modern.az

Şotlandiya parlamenti referendumu dəstəkləyir

Şotlandiya parlamenti referendumu dəstəkləyir

28 Mart 2017, 21:07

Şotlandiya parlamenti müstəqilliyə dair referendum keçirilməsinə razılıq verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, parlament referendumun Britaniyanın Avropa İttifaqından çıxmasına dair şərtlərinin tam aydın olmasından sonra – 2018-ci ilin sonunda və ya 2019-cu ildə keçirilməsini dəstəkləyib. 

Beləliklə, parlament ölkənin birinci naziri Nikole Sterdjenə bu təşəbbüslə Böyük Britaniya parlamentinə müraciət etməyə icazə verib.  

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey Şotlandiyada referendumun keçirilməsinin vaxtsız olmasına dair xəbərdarlıq edib.

Qeyd edək ki, Şotlandiyada 2014-cü ildə müstəqilliyə dair referendum keçirilib. O zaman seçicilərin əksəriyyəti Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasını dəstəkləməmişdi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?