Modern.az

Avtomobil dayanacaqdan cərimə meydançasına aparılıb - VİDEO

Avtomobil dayanacaqdan cərimə meydançasına aparılıb - VİDEO

28 Mart 2017, 23:19

Bakıda bəzi ərazilərə quraşdırılan parkomatlar, yaxud da parkomatların düzgün quraşdırılmaması yol polisləri ilə sürücüləri üz üzə qoyur. Parkomat olan ərazidə maşını saxlayan bir nəfərin başına gələnlər belə deməyə əsas verir. Çünki parkomat ərazisindəki avtomobil də evakuatorla cərimə meydançasına aparılıb. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, avtomobilini qanuni parklama yerində saxlayan sürücü 20 dəqiqə sonra yerində olmadığını görüb.

Hadisə Yusif Xəlilovun başına gəlib. Paytaxtın Səməd Vurğun küçəsində parkomat olan ərazidə saxladığı avtomobili cərimə meydançasına aparılıb.

 

Yusif Xəlilov cəriməsini ödəyərək maşını geri götürüb. Amma o bilmək istəyir ki, qanunla icazə verilən ərazidən avtomobil niyə götürülməlidir. Sürücüylə birgə cərimə meydançasına yollansaq da, ordan məsələyə münasibət bildirmək istəmədilər.

 

Bakı Şəhər Yol Polisi İdarəsindən məsləyə açıqlama gətirdilər. Bildirildi ki, avtomobil yolun kəsişmə hissəsinə yaxın məsafədə saxlanıldığı üçün ərazidən götürülüb. Avtomobilin parklanmaya icazə verən göy xəttin daxilində dayandığına gəlincə isə...

 

Yol polisi idarəsinin sözçüsü Vaqif Əsədov deyir ki, bir neçə yerdə parkomatların yolun kəsişən hissəsində qurulmasına və xətlərin düzgün çəkilməməsinə rast gəlinib və problem aradan qaldırılıb. Bu əraziyə də yenidən baxış keçirilməsi üçün aidiyyatı qurumlara müraciət ediləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi