Modern.az

Azərbaycan xüsusi xidmət orqanlarının ən uğurlu ƏMƏLİYYATLARI – “Qara Kəmər”, “Qartal”....

Azərbaycan xüsusi xidmət orqanlarının ən uğurlu ƏMƏLİYYATLARI – “Qara Kəmər”, “Qartal”....

28 Mart 2017, 23:25

Dövlət Təhlükəsizlik Xidməti (DTX) 2015-ci il dekabrın 14-də Azərbaycan prezidentinin fərmanı ilə yaradılıb. Buna qədər, 1991-ci ildən 2015-ci ilə qədər eyni funksiyanı Milli Təhlükəsizlik Nazirliyi yerinə yetirirdi.

 

Azərbaycanın dövlət təhlükəsizliyinə cavabdeh olan əsas qurumlardan sayılan Nazirlik 1991-ci ildən bəri ölkə daxilində ictimai-asayişi pozmağa və terror aktları törətməyi planlaşdıran bir çox qruplaşmaları ifşa edib. Təkcə son 6 ayda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlarda 10-dan artıq qanunsuz silahlı birləşmə üzvü məhv edilib, onlarla radikal şəxs saxlanılıb.

 

Modern.az MTN və Dövlət Təhlükəsizlik Xidmətinin müstəqillik tarixində həyata keçirdiyi ən uğurlu əməliyyatlar haqda məlumat verir.

“Qartal” əməliyyatı (2008-ci ilin 29 avqust- 6 sentybar) -  Milli Təhlükəsizlik Nazirliyi Qusar rayonu ərazisində qanunsuz fəaliyyət göstərən ekstremist “Meşə Qardaşları” təşkilatına qarşı uğurlu əməliyyat həyata keçirmişdi. Avqustun 25-də Dağıstandan Azərbaycana gələn 4 terrorçu başda əslən Zaqataladan olan “Dağıstan Əmirli”nin əmiri İlqar Mollaçiyev olmaqla axtarışa verilir. Sonradan onların Qusarın Həzrə kəndi yaxınlığında meşə massivində gizləndikləri məlum olur. Azərbaycan Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin avqsutun 29-da keçirdiyi əməliyyat zamanı MAXE Əli Elçiyev öldürülür, onun hərbçi dostu isə yaralanır.

 

Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlılarının, polis qüvvələrinin iştirakı ilə qaçmış terrorçular sentybarın 6-da meşə massivindəki evlərdən birində aşkar olunur. Əməliyyat zamanı terrorçu qruplaşmanın 3 üzvü – Telman Abdullayev (Həmzət), Ramil Əsədullayev və Gülşad Əlixanov öldürülür. Dəstənin rəhbəri İlqar Mollaçiyev isə ərazini tərk edə bilsə də, növbəti gün Samur çayını keçərkən Dağıstan polisi tərəfindən öldürülür.

 

 

“Qara kəmər” əməliyyatı (2005-ci il 10 mart) – Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi ən rezonanaslı əməliyyatlardan biridir. Martın 10-da Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zəmirə Hacıyevanın azad olunması məqsədilə xüsusi əməliyyat keçirilir. Əməliyyat zamanı Daxili İşlər Nazirliyi Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi 13 nəfərlik beynəlxalq tərkibli dəstə zərərsizləşdirilmişdi. 10 ildən artıq müddətdə fəaliyyət göstərən dəstə 17 adam oğurluğu və 12 qətl faktında iştirak etmişdi. Şantaj, hədə-qorxu və s. yollarla qrup üzvləri 45 milyon dollardan artıq vəsait məninmsəyiblər. Ölkədəki bir çox rezonans qətllərin – Baş Prokurorluğun idarə rəisi Rövşən Əliyevin, AFFA-nın vitse-prezidenti Fətullah Hüseynovun, DİN Narkotiklərəı qarşı Mübarizə Baş İdarəsinin rəisi Azər İsmayılovun qətlini etiraf etmişdilər.

 

 

Generalların işi (7-12 avqust) – Milli Təhlükəsizlik Nazirliyi prezident Heydər Əliyevə qarşı sui-qəsd hazırlayan Müdafiə Nazirliyinin yüksək rütbəli generallarına qarşı da əməliyyat keçirmişdi. İyulun 2-də Buxarestə səfərdən geri qayıdan Heydər Əliyevin olduğu prezident layneri  Bakıda eniş edən zaman “İqla- 1” tipli zenit raketinin köməyi ilə partladılmalı idi. İstintaq materiallarılna görə, pilotların pis hava şəraitinə görə layneri əks istiqamətdə yerə endirmələri generalların planını pozmuşdu.

 

 

Milli Təhlükəsizlik Nazirliyi avqusutn 7-dən başlayaraq sui-qəsd planının arxasında durduqları bildirilən general Şahin Musayevi, Rafiq Ağayev, Vahid Musayev, polkovnik Faiq Baxşəliyev, polkovnik-leytenant Əlikram Hümbətov və s. şəxslər həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdilər.

 

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir