Modern.az

“Fransa öz ərazisində prezidentilərin görüşünü təşkil etməyə hazırdır”

“Fransa öz ərazisində prezidentilərin görüşünü təşkil etməyə hazırdır”

28 Mart 2017, 23:35

“Fransa öz ərazisində Azərbaycan və Ermənistan prezidentilərinin görüşünü təşkil etməyə hazırdır”. Modern.az musavat.com-a istinadən xəbər verir ki, bunu farnsalı həmsədr Stefan Viskonti bildirib.

Yüksək səviyyəli görüşün mümkün olub-olmadığı barədə sualın cavabında diplomat deyib ki, əgər şərait yaranacaqsa, əlbəttə, bu, baş verəcək. Həmsədr deyib ki, Paris belə bir görüşün Fransa ərazisində keçirilməsinə hazırdır. Ancaq başqa bir yerdə də görüş keçirmək olar,yetər ki, bu görüş məhsuldar olsun. Fransalı diplomatın sözlərinə görə, əsas məsələ sabitliyin qorunmasıdır. “Biz çox istərdik ki, hər şeydən əvvəl atəşkəsin pozulması baş verməsin. Bu, çox vacibdir. Elə isə əvvəlki kimi danışıqları necə aparmaq lazımdır? Bu halda hərəkət etmək gərəkdir”.

Stefan Viskonti Azərbaycan və Ermənistan prezidentlərinin Parisə səfərini də xatırladıb və bildirib ki, F.Ollandla görüşlərdə Qarabağ məsələsi geniş və intensiv şəkildə müzakirə olunub. Odur ki, bölgəyə son səfərin də danışıqları bərpaya kömək edəcəyinə əminliyini vurğulayıb. Eyni zamanda “çətin prosesdir, bunu siz də gözəl başa düşürsünüz” deyə, əlavə edib.

 

Tənzimlənmə prosesinin hazırkı durumuna gəldikdə, o deyib ki, məxfilik prinsipinə əməl olunaraq detallar açıqlanmır. “Amma bu, o demək deyil ki, heç bir iş görülmür”-fransız həmsədr deyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi