Modern.az

Sabirabadda ata 7 yaşlı oğlunu çəkiclə öldürdü - YENİLƏNİB 

Sabirabadda ata 7 yaşlı oğlunu çəkiclə öldürdü - YENİLƏNİB 

29 Mart 2017, 09:21

Sabirabadda dəhşətli qətl törədilib. Modern.az APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.

Röyal Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

 

Həmin kəndin sakini  Röyal Şakir oğlu Məmmədov 7 yaşlı (2010-cu il təvəllüdlü) oğlu – Röyamini xüsusi amansızlıqla  qətlə yetirib.

 

Yenicə məhkumluqdan qayıdan R.Məmmədov həyat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib. Aralarında mübahisə yaranıb.

 

Röyal həyat yoldaşını öldürmək istəsə də o, ərinin əlindən qurtularaq qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

 

Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı