Modern.az

Millət vəkili ABŞ Dövlət Departamentini “axmaq” adlandırdı...

Millət vəkili ABŞ Dövlət Departamentini “axmaq” adlandırdı...

Parlament

12 Aprel 2011, 12:48

Fazi Mustafa: “Dövlət Departamentinin belə mövqeyi axmaqlıqdan başqa bir şey deyil”.

“ABŞ Dövlət Departamentinin belə mövqe sərgiləməsi axmaqlıqdan başqa bir şey deyil”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair növbəti illik hesabatında Milli Məclisdə yalnız bir müxalifət partiyasının olması ilə bağlı möveqyini tənqid edərkən bildirib.
Deputatın sözlərinə görə, ABŞ-ın bu mövqeyi heç bir əhəmiyyət daşımır. “Mən parlamentdə fikirlərimi səsləndirərkən nə ABŞ-ın, nə hakimiyyətin, nə də müxalifətin rəyini nəzərə alıram. Xalqın maraqlarını düşünürəm. Bəlkə ABŞ düşünür ki, müxalifətçi olmaqla bağlı o lisenziya verməlidir?”-deyə millət vəkili kinayə ilə vurğulayıb.

F. Mustafanın sözlərinə görə, hər ölkənin öz meyarı, dəyəri və şərtləri var.
“20 ildir ABŞ səfirliyi Azərbaynada müxalifətdən informasiya alıb iqtidara ötürməklə məşğuldur”-deyə deputat bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir