Modern.az

Məhv edilən erməni hərbçi Ermənistanın ən güclü əsgəri olub

Məhv edilən erməni hərbçi Ermənistanın ən güclü əsgəri olub

29 Mart 2017, 11:07

Ötən gün Ermənistan Dağlıq Qarabağda verdiyi daha bir döyüş itkisini etiraf etməli oldu. Ermənistan KİV-nin verdiyi xəbərə görə,  1997-ci il təvəllüdlü Artak Rafaelyan döyüş mövqelərindən birində snayper atəşi ilə məhv edilib.

 

Modern.az saytı erməni hərbçi ilə bağlı maraqlı detallar əldə edib. Belə ki, Artak Rafaelyan "Ginnesin Rekordlar Kitabı"na düşməklə məşhur olub. O, 11011 dəfə yerdə dartınaraq "Ginnesin Rekordlar Kitabı"na düşübmüş.


Ermənistanın Razdan şəhərindən olmuş Rafaelyan işğalçı ordunun ən güclü əsgəri sayılırdı.

 

Rafaelyan Ermənistan Müdafiə Nazirliyinin işçiləri qarşısında da öz fiziki gücünü nümayiş etdirmiş və ona təhkim olunan pulemyotu 1 dəqiqə ərzində havada saxlamışdı.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir