Modern.az

Qəddafi Türkiyəyə gedir

Qəddafi Türkiyəyə gedir

12 Aprel 2011, 13:38

Türkiyənin İstanbul şəhəri 1-13 may tarixlərində beynəlxalq konfransa ev sahibliyi edəcək. "Zaman" qəzeti xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının “Ən az inkişaf etmiş ölkələr” adlı toplantısına həsr ediləcək.

Toplantıya 60-a yaxın dövlət başçısı ilə birgə 100-ə yaxın nazir dəvət olunub. İlk dəfə bu formatda keçiriləcək toplantıya 10 mindən artıq iştirakçının qatılacağı gözlənilir.

Konfransa dəvət olunan bir sıra dünya liderlərinin adları artıq məlumdur.

Belə ki, onlar arasında Fransa prezidenti Nikola Sarkozi, İsrail prezideti Şimon Peres, Ermənistan prezidenti Serj Sarkisyan və Liviya lideri Müəmmər Qəddafi var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir