Modern.az

Dünya məşhurlarının özəl təyyarələri – SİYAHI + FOTOLAR

Dünya məşhurlarının özəl təyyarələri – SİYAHI + FOTOLAR

29 Mart 2017, 14:21

Şəxsi təyyarələr müvəffəqiyyətin elitar səviyyəsi hesab olunur. Bəli, özəl təyyarən varsa, bu, nəticə etibarı ilə sərvətinin olmasının simvoludur.

 

Etiraf edək ki, hamımız şəxsi təyyarəmizin olmasını arzulayırıq. Və istəyirik ki, səmada süzəndən sonra hansısa mənzərəli adaya gedək, orada istirahət edək.

 

Təbii ki, maliyyə cəhətdən elə də zəngin olmayan bizlərin arzu etdikləri bəziləri üçün əlçatandır. Onlar üçün dəbdəbəli şəxsi təyyarələrdə uçmaq adi bir şeydir – söhbət dünyada tanınmış və çox qazanan insanlardan gedir.

 

Modern.az saytı  məşhur şəxslərin özəl təyyarəsi haqqında araşdırma aparıb.

 

Dünya şöhrətli müğənni Beyons öz əri Jay-Z-yə “Challenger 850” təyyarəsi alıb. Dünyada kifayət qədər böyük məbləğli pullar qazanan cütlük üçün əslində bu, müvafiq hədiyyədir.

Qeyd edək ki, Beyons ərinə təyyarəni Atalar Günü münasibətilə hədiyyə edib. Beyons bu təyyarəyə 44 milyon dollar pul verib. Təyyarədə qonaq otağı, mətbəx və 2 vanna otağı var.

 

Məşhur aktyor Con Travoltanın isə şəxsi təyyarələri çoxdur: “Boeing 707”, “Bombardier Challenger 601” “Boeing 727”  və 3 ədəd “Gulfstream” təyyarəsi.

 

Con Travolta təyyarələrə sevgisi ilə tanınır. Onun Floridadakı əmlakında 2 ixtisaslaşmış uçuş-enmə zolağı da var.

Travoltanın təyyarəyə olan sevgisi onu pilot da edib.

 

Aktrisa, xeyriyyəçi Oprah Vinfreyin “Global Express XRS” təyyarəsi var. Bu təyyarə 10 sərnişinlikdir.

 

Bu təyyarə Hollivud elitası arasında məşhur seçim sayılır.

 

Stiven Spilberqin də Vinfrey kimi eyni modeldən olan təyyarəsi var.

 

Kanadalı Seline Dion dünyanın ən varlı müğənnilərindən biri hesab olunur. Buna görə də, onun da şəxsi təyyarəsinin olması təəccüb doğurmamalıdır.

Onun təyyarəsi 14 sərnişinlikdir. Hamam otağı və digər yerləri isə dəbdəbəli dizayn ilə hazırlanıb.

 

ABŞ prezidenti, milyarder Donald Trampın “Boeing 757” şəxsi təyyarəsi var.

Burada dəbdəbəli mənzərə göz oxşayır – iki nəfərlik çarpayı, yumşaq divanlar, qızıl işləməli əşyalar və mərmərdən döşənmiş hamam var.

 

Aktyor Tayler Perrinin “Gulfstream 3” şəxsi təyyarəsi var. Təyyarədə iri stendlər, böyük kitabxana – bir sözlə, insana zövqlü uçuş yaşada biləcək hər şey var. Perri təyyarənin şüşələrini xüsusi hazırladıb – pəncərələr elektron yolla idarə olunur.

 

Bu təyyarənin baza qiyməti 65 milyon ABŞ dolları civarındadır.

İndi təsəvvür edin: Görün təyyarəni bu qədər dəbdəbəli etmək üçün əlavə nə qədər pul xərclənib...

 

“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts isə “Bombardier BD-700 Global Express” təyyarəsinə sahibdir.

Aktyor, komediya ustası Cim Karreyin şəxsi “Gulfstream 4” təyyarəsi var.

 

Bu, dünyada yüksək göstəricilərə malik olan təyyarələrdən biridir. 16 sərnişinlikdir.

Səs sürətinə yaxın sürətlə uça bilir. Təyyarənin maksimal uçuş diapozonu 7 min 820 metr yüksəklikdir.

 

Rusiyalı milyarder Roman Abramoviçin “Boeing 767” təyyarəsi var.

Bu təyyarədə 30 yerlik yemək otağı, konfrans zalı, yataq otağı, dəbdəbəli vanna vanna otağı və qonaq otağına malikdir.

 

Hollivud aktyoru Tom Kruzun mülklərinə “Gulfstream 4” təyyarəsi də daxildir.

 

 

75 yaşlı aktyor Harrison Fordun ümumilikdə 8 təyyarəsi var. Onların içərisində “Cessna 680 Sovereign” təyyarəsi Harrison Ford üçün xüsusi əhəmiyyətə malikdir.

 

Yaşıl rəngli bu təyyarə 9 yerlikdir – maksimum isə 12 nəfər.

“Uçmaq yaxşı musiqiyə bənzəyir. Uçmaq insanın ruhunu qaldırır və bu, azadlıqdır” Harrison Ford müsahibələrinin birində belə deyib. 

 

Modelyer Ralf Laurenin şəxsi “Gulfstream G650” təyyarəsi var.

 

 

Britaniyalı biznesmen, milyarder Riçard Brensonun da digər var-dövlət sahibi olan həmkarlarından fərqlənmir.

 

Onun “Falcon 900EX” modelli təyyarəsi var.

 

Hollivud aktyoru Ancelina Colinin “Cirrus SR22” təyyarəsi var.

Aktyor Morqan Frimanın “Cessna Citation 501”, “Cessna 414 twin-engine prop” və  “Emivest SJ30” şəxsi təyyarələri var.

Friman pilot lisenziyası da alıb.

 

Milyarder və iqtisadçı ekspert Varren Buffet “Gulfstream 4 SP” özəl hava nəqliyyatına sahibdir.

 

Səudiyyə şahzadəsi Əl-Valid bin Talalın təyyarəsinin qiyməti isə fantastikdir. O, 2008-ci ildə dünyanın ən böyük özəl təyyarəsini (Airbus A380) almaq üçün sifariş verib.

 

O verdiyi açıqlamaların birində təyyarəsinin 485 milyon dollara hazırlandığını bildirib.

 

Şahzadənin bu xüsusi sarayının sırf qızıl suyu ilə rənglənmiş xarici örtüyü belə 48 milyon dollar tutub.

Bir sözlə, bu təyyarə uçan saraydır…

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi