Modern.az

Nazir ünvanlı sosial yardımın artırılacağı anonsunu verdi

Nazir ünvanlı sosial yardımın artırılacağı anonsunu verdi

Aktual

29 Mart 2017, 14:46

“Ünvanlı sosial yardımın məbləğini artırmaq olar”.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib. Nazir bildirib ki, bu gün Avropa ölkələrində kənd təsərrüfatına çox böyük dotasiyalar verilir.

 

“Azərbaycanda bu sahənin inkişafı üçün tədbirlər görülür. Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən böyük üzüm sahələri salındı.

 

Ancaq 80-ci illərdə Qorbaçov tərəfindən alkoqolizmə qarşı mübarizə adı altında bütün üzüm sahələri məhv edildi. Bu gün 100 hektar üzüm sahəsi salmaq üçün 1 milyon dollardan çox vəsait lazımdır”.

O həmçinin qeyd edib ki, kənd təsərrüfatı sahəsində əhalinin işlək təbəqəsinin 36,7 faizi formalaşıb. “Onları əməyə cəlb etmək lazımdır. Lazım olsa onlar üçün verilən ünvanlı sosial yardımın məbləğini artırmaq olar.

 

Vətəndaşlara kifayət qədər vəsait də vermək mümkündür. Bunun üçün imkanlar var. Lakin bu deqradasiyaya gətirib çıxara bilər. Bununla da insanlar işləməkdən yorularlar”

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!