Modern.az

Brayza Müdafiə Nazirliyinin Bakıdakı obyektinin açılışına qatılıb

Brayza Müdafiə Nazirliyinin Bakıdakı obyektinin açılışına qatılıb

Təhsil

12 Aprel 2011, 14:18

Aprelin 12-dəı Qüvvələrin Baş Klinik Hospitalında ABŞ-ın Müdafiə Departamentinin Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində epidomoloji monitorinq labaratoriyasının açılışı olub.
Mərasimdə çıxış edən Müdaifə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov nazir Səfər Əbiyevin adından iştirakçıları salamladıqdan sonra, ikitərəfli hərbi əməkdaşlıq sazişinə uyğun olaraq ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdiyini bildirib.

Epidemoloji mərkəz xüsusi təhlükəli infeksiyalara nəzarət, müasir avadanlıqlar vasitəsilə bioterrorizmə qarşı mübarizə aparılması, onların aşkar edilərək, müəyyənləşdirilməsi və bu kimi vacib məqsədlər üçün yaradılıb.   

Tədbirdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza da çıxış edib.

Modern.az-ın məlumatına görə, səfir Metyu Brayza laboratoriyanın açılışını alqışlayaraq onu ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin rəmzi adlandırıb:
“Yolxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün Amerika və Azərbaycanlı yüksək vəzifəli dövlət rəsmiləri və ekspertlər birgə işləyərək Azərbaycanın imkanlarını daha da gücləndirirlər. Biz gələcəkdə də bu sahədə əməkdaşlığımızı gücləndirmək niyyətindəyik. Birləşmiş Ştatlar Azərbaycanda səhiyyənin gücləndirməsi sahəsində Azərbaycanlı tərəfdaşlarına dəstək göstərməsinə hazırdır”.

ABŞ-Azərbaycan əmakdaşlığının nəticəsi olaraq Dövlət Baytarlıq Xidməti, Səhiyyə və Mudafiə nazirlikləri üçün Azərbaycanın müxtəlif yerlərində 10 Epidemioloji Monitorinq stansiyası tikilib. Müdafiə Nazirliyinin Epidemioloji Monitorinq Stansiyasının tikilişinə 1 million dollardan çox vəsait sərf olunub. Bioloji Birgə Əməkdaşlıq Proqram çərçivəsində istifadəyə verilmiş birinci laboratoriyadır. BBİP laboratoriyalar Azərbaycanda tam şəkildə fəaliyyətə başlayandan sonra qısa müddətdə xəstəliklərlə bağlı məlumatları yerli və ümumrespublika laboratoriyalarına çatdıracaq.

Ölkə, region və rayon səviyyəsində xəstəliklərə nəzarət və diaqnostika imkanlarının gücləndirilməsi məqsədi ilə ABŞ Müdafiə Departamenti proqramı çərçivəsində Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Özbəkistan və Ukrayna höküməti ilə tərəfdaşliq edir.
Xəstəliklərin monitorinq və hesabatını gücləndirilməsi, xəstəliklərin qarşısını alınması, potensial olaraq yerli əhali və kənd təsərrüfatına zərər gətirə bilən xəstəliklərin yayılması təhlükəsi barədə həyacan siqnalının tez çatdırılmasına əmin olması bu və başqa milli şəbəkələr tərəfdaşların sistemləri ilə bağlantı yaradacaqlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!