18 fevral 2018, Bazar
Ana Səhifə - İQTİSADİYYAT - Məmurlar plan doldururlar – Mal-qaranın sayını “artırır”, at-eşşəyin sayını isə “azaldır”
Məmurlar plan doldururlar – Mal-qaranın sayını “artırır”, at-eşşəyin sayını isə “azaldır”
29.03.2017, 15:53

Bölgələrdə fərdi heyvandarlıq təsərrüfatı ilə məşğul olan sahibkarlar, kəndlilər növbəti problemlə qarşılaşıb.

Belə ki, yerlərdəki baytarlıq idarələrinin əməkdaşları vətəndaşlara olduğundan çox mal-qara, qoyun sayının göstərilməsi üçün müraciət edirlər.

Bunun isə statistik rəqəmlərin şişirdilməsinə xidmət etdiyi hər kəsə bəllidir.

 

“Regional idarələr öz maraqlarına uyğun fəaliyyət göstərir”

 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a açıqlamasında faktı təsdiq edib. O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin regional idarələrinin yaradılması yerlərdə çox ciddi problemlərə səbəb olub:

 

“Bu idarələr kənd təsərrüfatı məhsullarının istehsalı, fermerlərin problemləri, öz funksiyalarını yerinə yetirməklə yox, statistika idarəsinin nümayəndələrilə birlikdə mövcud vəziyyəti daha yaxşı göstərmək yolunu seçiblər. Onlar müxtəlif yollarla anlaşırlar və yerli statistik idarələr onların marağına uyğun olaraq rəqəmlər hazırlayıb yuxarı təşkilatlara təqdim edirlər. Çox təəssüflər olsun ki, bu hallar sovet dövründə də var idi, indi də var.

Onlar statistik rəqəmlərdə ulaq, atın sayını azaldıb, mal-qaranın, qoyunun sayını artırıblar. Bununla da göstərmək istəyirlər ki, heyvanların baş sayında və istehsalda artım var. Yəni istehsalda artım olmasa, fermer mal-qaranın sayını artırmaz. Bunu bir növ bu formada əsaslandırmaq istəyirlər”.

 

“Ölkədə ət və süd istehsalı kəskin azalıb”

 

Ekspert reallığın tamamilə fərqli olduğu qənaətindədir:

 

“Real mənzərədə 2016 və 2017-ci ilin ilk 2 ayı ərzində ölkəyə ət idxalı 2, 2 dəfə, diri mal-qara idxalı isə 4, 5 dəfə artıb. Mal-məhsulun qiymətinin kəskin artmasına, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə baxmayaraq, ət, süd, diri heyvan idxalının artımı ondan xəbər verir ki, ölkədə eyniadlı məhsulların istehsalı azalıb.

Statistik rəqəmləri yüksək göstərməyə çalışsalar da reallığı görməmək mümkün deyil. İstehsal artsaydı, daxili bazarda qiymətlər enərdi və idxal artmazdı. Qiymətlər münasib olduğu halda hansı sahibkar xaricdən ət, süd gətirər? Bazarı həm idxal, həm də ixrac tənzimləyir”.

 

“Mal-qara saxlamağa görə cərimə tətbiq edilə bilər”

 

V.Məhərrəmov bildirib ki, aparılan monitorinqlərlə yerli istehsalda əvvəlki qədər ət və süd təklif edilmədiyi ortaya çıxıb:

“Qəssablar mal-qara, qoyun, keçi qıtlığından şikayətlənir. Bu səbəbdən də ətin qiymətində artım var. Yerlərdə fərdi qaydada heyvandarlıqla məşğul olan sahibkarlara heyvan sayının yüksək qeyd edilməsi ilə bağlı təzyiqlər edilir. Onlar bunu belə əsaslandırır:  “Onsuz da sizin saxladığınız heyvanın sayı növbəti illərdə artacaq”. Amma reallıqda qoyunların, mal-qaranın sayında kəskin azalma var.

 

İki il əvvəl mal-qaranı, qoyun, keçini kütləvi kəsimə vermişdilər. Ona görə ki, örüş sahələrini fermerlərdən alıb taxıl əkmişdilər. İndi isə örüş sahələri fermerlərdən məcburən alınaraq pambıqçılıq təsərrüfatının ixtiyarına verilib. Əlbəttə, örüş sahələri, yem olmayanda fermer mal-qaranı saxlaya bilmir. Nəticədə ət, süd azalır ki, bu da fermerlərin gəlirlərinin aşağı düşməsinə gətirib çıxarır.

 

Biz uzun müddətdir bu barədə fikir bildiririk, təkliflərimizi veririk, amma dinləyən yoxdur. Ölkədə atın, ulağın, qoyunun, keçinin, inəyin dəqiq sayını müəyyən etmək üçün hər birini uçota almaq lazımdır. Artıq bütün ölkələrdə bu proses gedir. Heyvan kəsimə veriləndə uçotdan çıxarılır, yenisi alınanda, yaxud doğulanda uçota götürülür.

 

Bizimkilər isə buna getmir, rəqəmlərlə manipulyasiya edirlər. Bizdə mal-qara, qoyun sayına görə vergi ödənilmir. Amma mütləq şəkildə mal-qaraya görə də vergi tətbiq ediləcək.

 

Çünki büdcə vəsaitlərinin formalaşmasında ciddi problemlər yaranıb. Son zaman artan cərimə sayları da buna dəlalət edir. Gözlənilir ki, bunu mal-qara saxlayan kəndlilərə də şamil etsinlər. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalçıları vergi ödəyicisi deyillər. Əslində isə olmalıdırlar”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail Qəzza zolağına aviazərbələr endirib
18.02.2018, 10:58

İsrail Qəzza zolağına aviazərbələr endirib

Tramp Federal Təhqiqatlar Bürosunu ittiham etdi
18.02.2018, 10:36

Tramp Federal Təhqiqatlar Bürosunu ittiham etdi

Gədəbəydə 20 yaşlı qadın dərmandan zəhərlənib
18.02.2018, 10:02

Gədəbəydə 20 yaşlı qadın dərmandan zəhərlənib

“Mercedes”, “BMW”, “Porsche”, “Range Rover” avtomobillərinin bazarda payı azalıb - SƏBƏB
18.02.2018, 09:50

“Mercedes”, “BMW”, “Porsche”, “Range Rover” avtomobillərinin bazarda payı azalıb - SƏBƏB

Kürdə suyun səviyyəsində artım var
18.02.2018, 09:49

Kürdə suyun səviyyəsində artım var

Qəzzada 4 İsrail hərbçisi minaya düşdü
18.02.2018, 00:54

Qəzzada 4 İsrail hərbçisi minaya düşdü

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı
18.02.2018, 00:33

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı

Azərbaycan cüdoçuları ilk yarış günü  4 medal qazandı 
18.02.2018, 00:16

Azərbaycan cüdoçuları ilk yarış günü  4 medal qazandı 

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi
17.02.2018, 23:59

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi

Türkiyədən terrorçulara növbəti zərbə
17.02.2018, 23:47

Türkiyədən terrorçulara növbəti zərbə

Bakı sakini tullantılardan neft və qaz ala bilən avandlıq hazırladı
17.02.2018, 23:31

Bakı sakini tullantılardan neft və qaz ala bilən avandlıq hazırladı

Fişənglərin alışması nəticəsində doqquz nəfər öldü
17.02.2018, 23:17

Fişənglərin alışması nəticəsində doqquz nəfər öldü

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı -VİDEO
17.02.2018, 23:00

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı -VİDEO

ABŞ dünyanı Şimali Koreya ilə əlaqələri kəsməyə çağırdı
17.02.2018, 22:44

ABŞ dünyanı Şimali Koreya ilə əlaqələri kəsməyə çağırdı

Uşaq bağçasında  87 uşaq zəhərləndi
17.02.2018, 22:26

Uşaq bağçasında  87 uşaq zəhərləndi

Feysbuk və FTB birgə çalışacaq
17.02.2018, 22:14

Feysbuk və FTB birgə çalışacaq

Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17.02.2018, 21:59

Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir

Həbsxanadan 10 məhkum qaçdı
17.02.2018, 21:43

Həbsxanadan 10 məhkum qaçdı

Türkiyə daha iki şəhid verdi
17.02.2018, 21:25

Türkiyə daha iki şəhid verdi

Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar
17.02.2018, 21:09

Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə müzakirələr apardı
17.02.2018, 20:54

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə müzakirələr apardı

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı
17.02.2018, 20:39

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

Zəlzələ İngiltərəni də silkələdi
17.02.2018, 20:22

Zəlzələ İngiltərəni də silkələdi

SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17.02.2018, 20:14

SOCAR-a məxsus benzin daşıyan maşın partladı

Helikopter qəzasında ölənlərin sayı 13 nəfərə çatıb
17.02.2018, 20:00

Helikopter qəzasında ölənlərin sayı 13 nəfərə çatıb

GUAM ölkələri baş nazirləri Moldovada toplanacaq
17.02.2018, 19:41

GUAM ölkələri baş nazirləri Moldovada toplanacaq

Azərbaycanlı nazir Münhen Təhlükəsizlik Konfransında
17.02.2018, 18:43

Azərbaycanlı nazir Münhen Təhlükəsizlik Konfransında

Gənc blogerlərlə bağlı sorğu yekunlaşdı - Əlixan Rəcəbov 1-ci oldu   
17.02.2018, 18:39

Gənc blogerlərlə bağlı sorğu yekunlaşdı - Əlixan Rəcəbov 1-ci oldu  

“Zob”un simptomları - Doktor: “Xəstəliyi başlı-başına buraxmayın”
17.02.2018, 18:21

“Zob”un simptomları - Doktor: “Xəstəliyi başlı-başına buraxmayın”

Sarkisyan Almaniyaya getdi   
17.02.2018, 17:59

Sarkisyan Almaniyaya getdi  

Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi   
17.02.2018, 17:55

Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi  

Qəbələdə futboldan sonra kütləvi TOQQUŞMA - VİDEO
17.02.2018, 17:37

Qəbələdə futboldan sonra kütləvi TOQQUŞMA - VİDEO

Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi
17.02.2018, 17:33

Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi

Seçkilərdə müşahidəçilik üçün MSK-ya 6 müraciət daxil olub
17.02.2018, 17:11

Seçkilərdə müşahidəçilik üçün MSK-ya 6 müraciət daxil olub

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI   
17.02.2018, 17:06

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI  

ARXİV