Modern.az

Səhiyyə Nazirliyi: "4 nəfər vəzifəsindən azad edilib, 16 nəfərə şiddətli, 20 nəfərə töhmət verilib"

Səhiyyə Nazirliyi: "4 nəfər vəzifəsindən azad edilib, 16 nəfərə şiddətli, 20 nəfərə töhmət verilib"

12 Aprel 2011, 14:26

Səhiyyə Nazirliyinin “qaynar xətt” xidmətinə (565 12 64) 23 fevral 2011-ci il tarixindən 5 aprel 2011-ci il tarixinədək 1899 müraciət daxil olub. Daxil olmuş bütün müraciətlər əsasında araşdırmalar aparılıb və onların nəticələri təhlil edilib.
Modern.az saytının məlumatına görə, bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər yayıb. 

“Qaynar xətt” xidmətinə daxil olmuş müraciətlərin 590-ı şikayət xarakterli müraciətlərdi, 629-u – sorğu xarakterli, 470-i əsassız müraciətlər, 210-u isə aidiyyəti üzrə deyil. Şikayət xarakterli müraciətlər əsasən dərman təminatı, hospitalizasiya, müayinə və müalicə məsələləri ilə bağlıdır.

Mətbuat xidmətindən bildirilib ki, xüsusi araşdırma tələb etməyən müxtəlif xarakterli cari məsələlər Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin əməkdaşları, nazirliyin tibb müəssisələrinə təhkim olunmuş nümayəndələri və tibb müəssisələrinin rəhbərləri tərəfindən operativ olaraq yerindəcə həll edilib və müvafiq tədbirlər görülüb, tibbi yardımla bağlı bütün müraciətlər xüsusi ciddiliklə araşdırılıb.

Ümumiyyətlə, aparılan araşdırmaların nəticələrinə əsasən xəstələrə tibbi yardımın təşkilində və göstərilməsində yol verdikləri nöqsanlara, şikayətlərin yaranması üçün zəmin yaratdıqlarına, xəstələr və onların yaxınları ilə rəftar zamanı etik normaları pozduqlarına görə tibb işçiləri barədə inzibati tənbeh tədbirləri görülüb.
Belə ki, 4 nəfər tutduğu vəzifədən azad edilib, 16 nəfərə şiddətli töhmət, 20 nəfərə töhmət elan edilib, 26 nəfərə isə yazılı və şifahi xəbərdarlıq edilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı