Modern.az

Taksilərlə bağlı təklif  HAZIRLANIB

Taksilərlə bağlı təklif  HAZIRLANIB

29 Mart 2017, 16:39

"Bakıdakı taksilərlə bağlı pərakəndə vəziyyəti aradan qaldırmaq üçün təkliflər hazırlanıb”.

 

Modern.az xəbər verir ki, bu haqda jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli deyib.

O, fərqlənmə nişanı olmayan taksilərdən istifadəni məsləhət görməyib:

“Bəzi taksilər "A" nöqtəsindən "B" nöqtəsinə aparmaq üçün dolayı yollardan istifadə edir. Taksi bazası yaradıldıqdan sonra taksilər onlara verəcəyimiz xətlə istifadə edəcəklər.

Əks halda istənilən şəxs avtomobil damına taksi işarəsi qoyub həmin yoldan istifadə edəcək. Bu məsələdə vətəndaşlarımızın da üzərinə məsuliyyət düşür. Gərək vətəndaşlarımız fərqlənmə nişanı olmayan taksilərdən istifadə etməsinlər".

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...