23 aprel 2018, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - Bahar Muradova Sarkisyanla bağlı ATƏT PA-nın sədrinə məktub göndərdi
Bahar Muradova Sarkisyanla bağlı ATƏT PA-nın sədrinə məktub göndərdi
29.03.2017, 17:16

“Beynəlxalq təşkilatlar yekdil mövqe nümayiş etdirməlidirlər”

 

Martın 29-da Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Bahar Muradova son günlər cəbhə xəttində yaranmış vəziyyətlə əlaqədar ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenə məktubla müraciət edib.


Modern.az xəbər verir ki, sənəddə Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində mövqelərini möhkəmləndirməsi, Ermənistan prezidentinin bu ərazilərdə keçirilən hərbi təlimlərdə birbaşa iştirakı və bu ölkədə keçiriləcək parlament seçkiləri öncəsi Azərbaycanın ünvanına təxribat xarakterli bəyanatlar səsləndirməsi barədə narahatlıq ifadə olunur, beynəlxalq təşkilatların bu məsələyə birmənalı münasibət bildirməsinin vacibliyi qeyd edilir. Məktubda deyilir: 

“Hörmətli xanım Muttonen,

İcazə verin bu günlər bizi olduqca narahat edən hadisələr barədə Sizinlə bölüşüm.

Bildiyiniz kimi, son zamanlar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində hərbi mövqelərini açıq şəkildə möhkəmləndirir və genişləndirir, həmin ərazilərə hərbi avadanlıq ötürür. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən qanunsuz istifadənin göstəricisidir.

25 mart 2017-ci il tarixində genişmiqyaslı hərbi təlimlərin son mərhələsində Ermənistan Prezidenti Serj Sarkisyan şəxsən iştirak etmişdir. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş və “döyüş vəzifələrini yerinə yetirərkən fərqlənən hərbi qulluqçuları təltif etmişdir”.  

Bundan əlavə, atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisi olan Ermənistan Prezidentinin - “bu gün Ermənistan Ali Baş Komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İskəndər raketləri ilə zərbə endirmək əmri verəcək” - bəyanatı Ermənistanın real niyyətini və danışıqlar yolu ilə münaqişənin həll edilməsində Ermənistanın maraqlı olmadığını açıq-aydın bildirir.

Əziz həmkarım,

Dünən Sankt-Peterburqda  MDB Parlamentlərarası Assambleyası ilə birgə keçirdiyiniz Beynəlxalq terrorizmlə mübarizəyə dair parlament konfransını təqdirəlayiq hesab edirəm. Аzərbаycаn Rеspublikаsı dа tеrrоrizmin аcısını yаşаyаn dövlətdir. Bildiyiniz kimi, ХХ əsrin əvvəllərindən başlayaraq ermənilər Аzərbаycаn хаlqınа qаrşı kütləvi tеrrоr hаdisələri törətməkdədirlər.

Sivil siyasətçilərin, parlamentarilərin dünyada sülhün bərqərar olunması və təhlükəsizliyin  möhkəmləndirilməsi üçün yol axtardıqları bir vaxtda Ermənistan rəhbərliyi təxribatçı və təcavüzkar ritorikasından istifadə etməkdə, ölkənin beynəlxalq hüquq və Ermənistan - Azərbaycan münaqişəsinin həlli üzrə siyasi proseslər çərçivəsində verdiyi öhdəliklərin əleyhinə çıxmaqda davam edir.

Aydındır ki, Ermənistan prezidenti qarşıdan gələn həlledici parlament seçkilərində partiyasının qalib gəlməsi üçün işğal edilmiş ərazilərimizdəki qanunsuz fəaliyyəti ilə ölkəsində xal qazanmaq və bununla da 2018-ci ilin mart ayından sonra belə ölkəsinə rəhbərlik etmək istəyir.

Bununla da insanlıq əleyhinə cinayətlərdə iştirakının doğurduğu məsuliyyətdən müəyyən müddətə də olsa yayınmağa çalışır.

Düşünürəm ki, Ermənistanda seçkiqabağı missiyada olan müşahidəçilər, xüsusilə də DTİHB və Assambleyamızın nümayəndələri ümumi seçki standartları ilə bir araya sığmayan belə halları öz hesabatlarında əks etdirməlidirlər.

Hesab edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və onun Parlament Assambleyası Helsinki Yekun Aktında da əks olunduğu kimi dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınması üçün yekdil mövqe nümayiş etdirməli və baş verən hadisələrə birmənalı münasibətini bildirməlidir”.



Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar
23.04.2018, 00:41

Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar

Abid Şərifovun səhhəti pisləşdi – Təcili
23.04.2018, 00:28

Abid Şərifovun səhhəti pisləşdi – Təcili

Hüseyn Abdullayev Türkiyədə həbs edilib, Bakıya gətirildi
23.04.2018, 00:26

Hüseyn Abdullayev Türkiyədə həbs edilib, Bakıya gətirildi

Şəhriyar Məmmədyarov məğlub olub, sonuncu pilləyə düşdü
23.04.2018, 00:09

Şəhriyar Məmmədyarov məğlub olub, sonuncu pilləyə düşdü

ABŞ səfirliyi Ermənistan hökümətinə xəbərdarlıq etdi
23.04.2018, 00:04

ABŞ səfirliyi Ermənistan hökümətinə xəbərdarlıq etdi

Təyyarələr avtobusa çevrilir: Ayaqüstü yerlər təklif edilir   
22.04.2018, 23:21

Təyyarələr avtobusa çevrilir: Ayaqüstü yerlər təklif edilir  

Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb
22.04.2018, 23:09

Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb

"Yeməkləriniz çox dadlıdır, aşbazım istədiyimi qısa müddətdə hazırlayır" - Dünya şahmatının lideri 
22.04.2018, 22:36

"Yeməkləriniz çox dadlıdır, aşbazım istədiyimi qısa müddətdə hazırlayır" - Dünya şahmatının lideri 

Əfqanıstandakı güclü partlayışda ölənlərin sayı 57-ı çatdı - YENİLƏNİB
22.04.2018, 22:32

Əfqanıstandakı güclü partlayışda ölənlərin sayı 57-ı çatdı - YENİLƏNİB

Ləğv edilən komitənin mətbuat katibi jurnalistlərə təşəkkür etdi: “Həyat davam edir...”   
22.04.2018, 22:24

Ləğv edilən komitənin mətbuat katibi jurnalistlərə təşəkkür etdi: “Həyat davam edir...”  

Qurbanovun yeni rekordu - Mircavadova çatdı 
22.04.2018, 21:51

Qurbanovun yeni rekordu - Mircavadova çatdı 

Alim-Hakim Hacıbala
22.04.2018, 21:30

Alim-Hakim Hacıbala

Jurnalisti canlı yayımda güllələdilər
22.04.2018, 21:12

Jurnalisti canlı yayımda güllələdilər

“Qarabağ” 5-ci dəfə Azərbaycan çempionu oldu
22.04.2018, 21:03

Qarabağ 5-ci dəfə Azərbaycan çempionu oldu

Rezidentura təhsilini verəcək  müəssisələrin adları müəyyənləşib
22.04.2018, 20:37

Rezidentura təhsilini verəcək  müəssisələrin adları müəyyənləşib

Dövlət qulluğuna qəbul üçün test imtahanlarının nəticələri məlum oldu
22.04.2018, 20:28

Dövlət qulluğuna qəbul üçün test imtahanlarının nəticələri məlum oldu

Erməni artistlər fəxri adlardan imtına edirlər
22.04.2018, 20:15

Erməni artistlər fəxri adlardan imtına edirlər

Goranboyda avtomobil aşdı - 2 nəfər yaralandı
22.04.2018, 17:40

Goranboyda avtomobil aşdı - 2 nəfər yaralandı

Deputatdan ÇAĞIRIŞ: “Bu gün kimisə “Facebook” üzərindən vəzifəyə təyin etmirlər”
22.04.2018, 17:24

Deputatdan ÇAĞIRIŞ: “Bu gün kimisə “Facebook” üzərindən vəzifəyə təyin etmirlər”

Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanılıb
22.04.2018, 17:15

Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanılıb

Burundidə partlayış, ölən və xasarət alanlar var
22.04.2018, 17:02

Burundidə partlayış, ölən və xasarət alanlar var

Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya uğradı: 25 yaralı
22.04.2018, 16:36

Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya uğradı: 25 yaralı

ABŞ-da çılpaq şəxs insanları atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
22.04.2018, 15:55

ABŞ-da çılpaq şəxs insanları atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Şəkidə zəncirvarı yol qəzası: 6 nəfər xəsarət alıb
22.04.2018, 15:33

Şəkidə zəncirvarı yol qəzası: 6 nəfər xəsarət alıb

İnzibati vəzifələrə qəbul olmaq istəyənlər imtahan verib
22.04.2018, 14:50

İnzibati vəzifələrə qəbul olmaq istəyənlər imtahan verib

Oğlu Zeynəb Xanlarovanın adından danışdı: “Yeni Baş nazirə görə çox şad oldu”
22.04.2018, 14:36

Oğlu Zeynəb Xanlarovanın adından danışdı: “Yeni Baş nazirə görə çox şad oldu”

Sabahın HAVASI
22.04.2018, 14:16

Sabahın HAVASI

Metroda intihar edən qadının kimliyi məlum olub 
22.04.2018, 14:13

Metroda intihar edən qadının kimliyi məlum olub 

Əfqanıstanda partlayış: 31 ölü, 50-dən çox yaralı
22.04.2018, 13:23

Əfqanıstanda partlayış: 31 ölü, 50-dən çox yaralı

Keçmiş baş nazir Novruz Məmmədova müraciət etdi: “Sizinlə görüşmək fikrindəyəm”
22.04.2018, 13:20

Keçmiş baş nazir Novruz Məmmədova müraciət etdi: “Sizinlə görüşmək fikrindəyəm”

Qaradağda palçıq vulkanı püskürüb - FOTO
22.04.2018, 12:23

Qaradağda palçıq vulkanı püskürüb - FOTO

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb
22.04.2018, 12:19

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR - VİDEO
22.04.2018, 12:05

Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR - VİDEO

Etibar Məmmədov baş nazir HAQDA: “Milli adamdır”
22.04.2018, 11:54

Etibar Məmmədov baş nazir HAQDA: “Milli adamdır”

Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır
22.04.2018, 11:30

Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(8.92%)
İmtahan qiymətləri normalıdr(5.35%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(71.4%)
İmtahan qiymətləri azaldılmalıdır(3.57%)
İmtahan qiymətləri artırılmalıdır(10.7%)