Modern.az

“İRƏLİ” İctimai Birliyi həftəsonu təlimləri həyata keçirir         

“İRƏLİ” İctimai Birliyi həftəsonu təlimləri həyata keçirir         

29 Mart 2017, 16:00

“İRƏLİ” İctimai Birliyi gənclərin maariflənməsi, biliklərini inkişaf etdirməsi və həftsonlarının səmərəli keçməsi üçün bir-birindən maraqlı fəaliyyətlər həyata keçirir. Həftəsonu fəaliyyətlərinin keçirilməsində  məqsəd  həm də gənclərin dünyagörüşünün artırılmasında, əhatə dairəsinin genişləndirilməsində  və onların ictimai fəaliyyətinin inkişaf etdirilməsində yaxından rol oynamaqdır.

 

 

Məhz bu fəaliyyətlərdən biri dəhəftəsonu“İRƏLİ” İctimai Birliyinin ofisindəbaş tutan silsiləvi təlimlərdir. Keçirilən təlimlər çarçivəsində gənclər öz bilik və bacarıqlarını artırmaqla yanaşı həm də maraqlı və intellektual oyunlar oynayaraq istirahət günlərini səmərəli keçirirlər. Təlimlər hər həftəsonu fərqli mövzularda olmaqla gənc və peşəkar təlimçilər tərəfindən keçirilir. Mütəmadi olaraq təlimlərdə 30-dan artıq fəal gənc iştirak edir.

 

Baş tutan təlimlər sırasında Orxan Hafizoğlunun təqdimatında “Marketinq”, Tamerlan İsmayılovun təqdimatında “Öz biznesini qur”, Hüseyn Hümbətovun “Gənc sahibkar ol” və Malik Bağırovun təqdimatında “Motivasiya”  təlimləri zamanı gəncləri maraqlandıran bir sıra  suallar cavablandırılıb. Həmçinin gənclərin maraq dairəsində olan “ biznes sahəsində irəliləmək, marketinqin sirləri, motivasiya insan üçün nə qədər önəmlidir? “ kimi mövzulara da toxunulub. Təlimlərin sonunda gənclərlə müxtəlif mövzularda müzakirələr olunub.

 

Qeyd edək ki, təlimlərin hər həftə sonu silsiləvi olaraq keçirilməsi planlaşdırılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir