Modern.az

Kəlbəcərlilərin müraciəti BMT-yə çatıb

Kəlbəcərlilərin müraciəti BMT-yə çatıb

12 Aprel 2011, 14:45

Kəbəcər rayonundan olan  beş məcburi köçkünün aprelin 1-də  BMT Təhlükəsizlik Şurasına  Bakıdakı ofis vasitəsilə göndərdiyi müraciət dünən Nyu-Yorka, BMT-nin baş ofisinə göndərilib. Bu barədə Modern.az saytına BMT-nin Bakı ofisinin qəbul şöbəsinin əməkdaşı Ayşən Əhmədova məlumat verib. A.Əhmədovanın sözlərinə görə, müraciət aprelin 11-də baş ofisə göndərilib və çox güman ona bir həftəyə cavab veriləcək.

Qeyd edək ki, müraciətdə Kəlbəcər və işğal olunmuş digər rayonlarla bağlı BMT-nin qəbul etdiyi qətnamələrin həyata keçməsi tələb olunub.

Modern.az    

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır