Modern.az

Azərbaycandan Qətərə işçi göndərilir - VİDEO

Azərbaycandan Qətərə işçi göndərilir - VİDEO

29 Mart 2017, 20:14

Azərbaycandan Qətərə miqrant işçi qrupu göndəriləcək. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qətər rəsmiləri ilə danışıqlar aparılır. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Azərbaycandan göndəriləcək işçilər 2022 -ci ildə Qətərdə keçiriləcək Futbol üzrə dünya Çempionatı üçün aparılan tikinti işlərində çalışacaqlar.

 

Nazirin sözlərinə görə, təkcə Qətər deyil, digər ölkələrlə də belə danışıqlar aparılır və dəqiq nəticə yaxın zamanlarda bilinəcək.

 

Ölkəmizdəki işsizlik səviyyəsində də danışan nazir bildirib ki, hesablamalara görə, 2025 -ci ilə qədər hər il Azərbaycan bazarına 100 min yeni işçi qüvvəsi daxil oalcaq. Bu rəqəmləri nəzərə alaraq işsizlik səviyyəsinin artmaması üçün yeni iş yerlərinin açılmasına ehtiyyac var.

 

Ölkədəki demoqrafik vəziyyətin dəyişməsindən də danışan nazir bildirib ki, son 20 ildə Azərbaycanda 65 yaşdan yuxarı olan insanlarin sayı 4,8 faizdən 6,2 faizədək artıb, hesablamalara görə isə 2050-ci ilə qədər bu rəqəm 23 faizə çatacaq. Bunun üçündə nazirlik tərəfindən beynəlxalq təcrübə və çıxış yolları öyrənilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi