Modern.az

İŞİD-in daha bir lideri zərərsizləşdirilib

İŞİD-in daha bir lideri zərərsizləşdirilib

29 Mart 2017, 20:56

İraq təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının liderlərindən daha birini zərərsizləşdirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Mosul şəhəri yaxınlığında vurulan Saydulla Şuaib İŞİD-in “səhiyyə naziri” olub.

Qeyd edək ki, Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib.  Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi