Modern.az

Şəmkirdə partlayış: xəsarət alanlar var

Şəmkirdə partlayış: xəsarət alanlar var

29 Mart 2017, 21:10

Şəmkirdə yaşayış evində partlayış baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Yaşayış evində baş verən qaz partlayışı nəticəsində qəsəbə sakini, 1950-ci təvəllüdlü Gülarə Hacıyeva ağır yanıq xəsarətləri alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan, onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

Qohumlarının dediyinə görə, Gülarə Hacıyeva evə daxil olub işığı yandırarkən güclü partlayış baş verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır