Modern.az

Türkiyədə booking.com-un fəaliyyəti dayandırılır

Türkiyədə booking.com-un fəaliyyəti dayandırılır

29 Mart 2017, 23:21

Türkiyədə booking.com saytının fəaliyyəti dayandırılır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı qərar İstanbul məhkəməsi tərəfindən Türkiyə Turizm Agentlikləri Birliyinin (TÜRSAB) haqsız rəqabət haqqında iddiası əsasında çıxarılıb.

TURSAB hesab edir ki, booking.com rəqabət haqqında qanunu pozur. Bu saytın xidmətlərindən yerli turizm agentlikləri əziyyət çəkir. Eyni zamanda Assosiasiyanın vəkilləri bildirir ki, qadağa qüvvəyə mindikdə, qadağadan öncə servis vasitəsilə Türkiyə mehmanxanalarında bron etmiş müştərilərin qeydiyyatı ləğv edilməyəcək və müştəriləri otellərə məskunlaşa biləcəklər.

 

Qeyd edək ki, hazırda booking.com saytına Türkiyədən giriş açıqdır. Faktiki bloklanma haqqında qərar İnformasiya Texnologiyaları üzrə Şura tərəfindən qəbul olunmalıdır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı