Modern.az

“Nurgün motors”dan daha bir yenilik! ®

“Nurgün motors”dan daha bir yenilik! ®

12 Aprel 2011, 14:53

Avtomobilsevərlər Nissan salonlarından bütün xərclər daxil olmaqla 2500 manatdan başlayan ilkin ödənişlə Nissan Sunny və ya Nissan Tiida, 4000 manat ilkin ödənişlə isə Nissan X-Trail və ya Nissan Qashqai əldə edə bilərlər. Eyni zamanda “Nurgün Motors” və “Rəvan Sığorta”-dan 1 illik sığorta hədiyyə olunacaq! Yeni Nissanınız mübarək!

"NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 2 (Babək pr.31, Salamzadə küç.2) ünvanda, həmçinin Gəncə şəhərində (Gəncə-Şəmkir şossesi 1-ci km) salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?