Modern.az

Bakıda ər arvadının başını kəsib

Bakıda ər arvadının başını kəsib

30 Mart 2017, 09:18

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Bakı şəhər sakini Cəlilov İsrail İsmayıl oğlu Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra İ. Cəlilov A. Cəlilovanı həmin evin vanna otağına gətirərək orada bıçaqla boğazını kəsərək öldürüb. Hadisəni törədən İ. Cəlilov qaçıb.

Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır