Modern.az

Trampın sərəncamı Azərbaycan vətəndaşlarına şamil olunur? – Səfirlikdən AÇIQLAMA

Trampın sərəncamı Azərbaycan vətəndaşlarına şamil olunur? – Səfirlikdən AÇIQLAMA

30 Mart 2017, 10:54

Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb. Bu haqda Modern.az-a Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, ABŞ prezidenti Donald Tramp tərəfindən verilən sərancamlarla bağlı son məlumatlar www.whitehouse.gov saytından əldə edilə bilər.

Viza qaydaları və prosedurları ilə bağlı məlumat www.travel.state.gov və//azerbaijan.usembassy.gov/ saytlarında mövcuddur.

Qeyd edək ki,  bəzi saytlarda ABŞ prezidentinin Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimi təsdiq etməsi ilə bağlı məlumatlar yayılıb.

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...