Modern.az

Ermənilər Əsgəran qalasının təmirinə başlayıb - FOTOLAR

Ermənilər Əsgəran qalasının təmirinə başlayıb - FOTOLAR

Aktual

30 Mart 2017, 11:24

Ermənilər Əsgəran qalasında qanunsuz tikinti işləri aparır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tikinti işləri qalanın simasını tamamilə dəyişməyə hesablanıb. 1 kilometrə qədər uzunluğu olan qalanın tarixi Azərbaycan konfiqurasiya dəyişdirilib, tikinti aparılan ərazidə dərin çalalar əmələ gəlib. Qarabağdakı separatçılar Əsgəran qalasını özünküləşdirmək naminə tarixi abidənin görkəminə ciddi zərər vurublar. 

 

Xatırladaq ki, Əsgəran qalası XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunub və Azərbaycan memarlığının nümunəsidir.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar