21 aprel 2018, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - İnsan əzablarının pula çevrilməsi
İnsan əzablarının pula çevrilməsi
30.03.2017, 11:32

Aleksandra Krstiç

 
(İşğal yolu ilə kapital və qazancın əldə edilməsi: işğal olunmuş ərazilərdə korporativ qaydada insan haqlarının pozulması)

Yeni soyuq müharibə sürətini artıran zaman, beynəlxalq ictimaiyyət tədricən digər aktual məsələləri unudur. Məsələn insan haqları, əmək hüquqlarına riayət, insan ləyaqətinə hörmət. Əlbəttə ki sosial və əmək hüquqlarına gəldikdə burada milli və beynəlxalq korporasiyaların böyük rolu var. Hətta dünya standartlarıyla məşğul olan və Cenevrədə fəaliyyət göstərən BƏT-də (Beynəlxalq Əmək Təşkilatı), korporasiyalar güclü söz sahibliyinə malikdirlər.

Bu gün korporasiyaların səylərinin səfərbər edilməsi hansı dərəcədədir? Korporativ  dünya iş standartlarına və biznes əməliyyatlarının şəffaflığının qanunlarına uyğundurmu? Ən əsası – özəl sektor, xüsusilə də silahlı münaqişələr, “unudulmuş”  münaqişələr və aktiv döyüş əməliyyatlarının dayandırıldığı lakin, həqiqətdə sülhün heç bir zaman bərqərar olmadığı kimi bölgələrdə beynəlxalq humanitar hüquq normalarına riayət edilirmi? Qeyd edək ki, korporativ dünya BMT-nin insan haqları və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının çoxmillətli korporasiyalar üçün nəzərdə tutulmuş rəhbəredici prinsiplərinə uyğundurmu? Bunlar sadəcə bir neçəsidir. Deməli biz bəzi hallarda özəl qurumların maliyyə yardımı göstərərək həlledici rol oynadığını, yardım edərək iqtisadiyyatın daima dəyişdirilməsi üçün imkan yaratdığını, işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyişikliklərə səbəb olduğunu iddia edə bilərikmi? Belə olduğu halda bunun göstərilmiş ərazidə işğalın davam etdirilməsinə və korporativ mənfəətə səbəb olduğuna xidmət etdiyini deyə bilərikmi?

Problemin ciddiliyini anlamaq üçün nümunə kimi gəlin Qafqazda səciyyəvi şəkildə “unudulmuş” münaqişə olaraq müharibənin bitdiyi və sülhün hələdə bərqərar olmadığı regionu götürək.

Erməni şirkətləri, eləcə də əsasən diaspora nəzarəti altında olan xarici şirkətlər: Livanın “Artsax Roots İnvestment”, ABŞ-ın “Tufenkian Foundation”, Ermənistanın “General Benevolent Union /AGBU/ Cherchian Family Foundation” və s. maliyyə yardımları etməklə iqtisadiyyatın daima dəyişdirilməsinə imkan yaradaraq (maliyyə və pul islahatı daxil olmaqla), həm şəxsi mənfəətləri həmdə bu ərazilərdə işğalın davam etdirilməsinə dəstək vermək məqsədilə işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyişikliklərini həyata keçirirlər.

Ötən illər ərzində ermənilərin Qarabağ ətrafındakı ərazilərə, o cümlədən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına yerləşdirilməsi (“Hayastan All-Armenian Foundation” dəstəyilə) mükəmməl qaydada təşkil edilərək sürətli templə davam etdirilir.

Gizli Erməni İnqilab Federasiyası Suriya xalqının epik faciəsini və onun insanlarını  istismar edərək, Suriya ermənilərini aldadaraq Hələb və Qamışlı şəhərlərindən Qafqazın işğal edilmiş ərazilərinə (məsələn, Zəngilan, Qubadlı və Laçın bölgələrinə) köçürərək onlara firavan həyat vəd etmişdir. Bu cür cəzbedici çağırışlar Bosniya xorvatlarının Zaqreb şəhərindən serblərin yaşadığı və etnik təmizlənmə aparılmış Xorvatiya torpaqlarına kütləvi qaydada köçürülməsinin təxminən eynisidir. Bu əlbəttə ki, açıq şəkildə cinayət edərək iki suveren dövlətin daxili işinə birbaşa müdaxilə etməkdir.

Ermənistan birbaşa və ya öz korporativ səlahiyyətlilərinin vasitəsilə işğal edilmiş ərazilərdə enerji, kənd təsərrüfatı, sosial, yaşayış və nəqliyyat infrastrukturlarının daimi  dəyişdirilməsinə davam edir. Bu nə zamansa demoqrafik xarakterin dəyişdirilməsi üçün üstünlük təşkil edərək güclənəcəkdir. Əlbəttə ki buraya suvarma şəbəkələrinin, su kanalizasiyalarının, yolların, enerji şəbəkələrinin və digər vacib iqtisadi və sosial obyektlərin yaradılması daxildir. Bir neçə fərqli və müstəqil beynəlxalq forumların məruzələrinə əsasən, dəfələrlə təsdiq edilmişdir ki, məcburi köçkünlərin əmlakları mənimsənilmişdir. Məsələn, Azərbaycanlı məcburi köçkünlərin boş evləri sökülərək tikinti materiallarından ermənilər üçün yeni evlərin tikilməsi məqsədilə istifadə olunmuşdur.

Ermənistan, işğal olunmuş ərazilər də idxal və ixrac edilən ticarət axınları və iqtisadi resurslar daxil olmaqla bütün iqtisadi və ticarət sistemi üzərində nüfuzlu nəzarət həyata keçirir. Bu fəaliyyətlərdə beynəlxalq təşkilatların iştirakı olduqca maraqlıdır: yüzlərlə ABŞ istehsalı olan müxtəlif “Caterpillar” maşınları, ABŞ-ın “John Deere” və Almaniyanın “Deutz-Fahr” şirkətlərinin kənd təsərrüfatı traktorları və avadanlıqları, Cənubi Koreyanın “Hyundai” tipli yük maşınları, Belarusun “MT3-82,3” modelli kənd təsərrüfatı traktorları həmçinin digər texnika mədənçilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin genişləndirilməsi və dəstək infrastrukturunun tikilməsində qeyri-qanuni istifadə olunur.

Bir çox hallarda Kipr, Lixtenşteyn və buna bənzər ofşorlarda qeydiyyatdan keçmiş şirkətlərin sahibkarları qeyri-müəyyən qalmaqdadır. Onların maliyyələşməsi işğal olunmuş ərazilərdə fəaliyyət göstərən erməni banklarının filialları vasitəsilə əlaqələndirilir və Rusiya, Aİ və ya digər məntəqələrdə yerləşən vasitəçi banklarla beynəlxalq köçürmələr həyata keçirilir. Daha sonra Ukrayna, ABŞ və Aİ (Fransa, Bolqarıstan, Macarıstan, Belçika, Almaniya, Çexiya və Niderland) ölkələrindən eləcə də, Avstraliya və BƏƏ olan çoxsaylı beynəlxalq pərakəndə mal satıcıları Ermənistan şirkətləri ilə təchizat müqavilələrini yekunlaşdırmışlar. Əlbəttə ki, bu onları ərazilərin işğalı, təbii resursların tükəndirilməsi, qanunsuz məskunlaşmanın genişləndirilməsi habelə məcburi köçkünlərin hüquqlarının pozulması kimi faktlarla Ermənistanla əlbir edir.

Təəccüblü deyil ki, Ermənistanın yüksək vəzifəli şəxsləri o cümlədən prezident Sarqsyan, keçmiş baş nazir Abramyan və digər nazirlər müntəzəm qaydada işğal olunmuş ərazilərə səfər edərək orada olan istehsal obyektlərinə baxış keçirirlər. Orada qanunsuz istehsalın real üzünü gizlətməkdən ötrü Ermənistanın kənd təsərrüfatı və likör ixrac edən şirkətləri müntəzəm qaydada işğal olunmuş ərazilərdə istehsal edilən (“Stepanakert Brandy Factory” və ”Artsakh fruit CJSC”) məhsulları hiyləgərlik edərək Ermənistan istehsalı kimi qələmə verir və beləliklə də beynəlxalq ictimaiyyəti, alıcıları və istehsalçıları aldadırlar.

Araz çayı boyunca, həmçinin Zəngilan və Cəbrayıl daxil olmaqla, yerləşən kənd təsərrüfatı torpaqları Ermənistan tərəfindən işğal olunmuş ərazilər kimi qanunsuz olaraq mənimsənilərək geniş istismar edilir. Suvarma və ya qanunsuz elektrik enerjisinin alınması (“ArmWater Project Company”) fəaliyyətləri suyun təbii axınına mane olur, onun çirklənməsinə (əkin sahələrinin və monokultur əkinçilikdən sui-istifadə edilməsi) imkan yaradır və bu da öz növbəsində insan mövcudluğuna, flora və faunanı təhlükə altına qoyaraq mikro iqlimi dəyişir.

Keçmişdə dağıdılmış evlərin xarabalıqlarından metal, borular, kərpiclər və digər tikinti materiallarının toplanması hallarına nadir rast gəlmək olardı. Lakin, hazırda müzakirə mövzusuna çevrilmiş bu fəaliyyətlər onu göstərir ki sözügedən talançılıq xaricilərin iştirakı ilə açıq-aydın və mütəşəkkil qaydada həyata keçirilir.

İşğal edilmiş ərazilərdə qiymətli mineralların və metalların hasilatı əsas fəaliyyətlərdən biri hesab edilir. Məsələn, Qızılbulaqda mis-qızılın əldə edilməsi üçün nəzərdə tutulmuş yeraltı mədən (Lixtenşteyndə qeydiyyata alınmış Ermənistana məxsus “Vallex Group CJSC” şirkətinin törəməsi) tamamilə tükənmiş vəziyyətə çatmışdır. Eynisi də Dəmirlidə yerləşən açıq mis-molibden şaxtasına aiddir. Deyilənə görə 2014-cü ildə “Gold Star CJSC” Veynallı kəndinin (Zəngilan rayonu) yaxınlığında qızıl hasilatına başlamışdır. Bildirilir ki, Rusiyada fəaliyyət göstərən və “GeoProMiningLtd” şirkətinin törəməsi hesab edilən “GPM Gold” 2007-ci ildən etibarən işğal edilmiş Kəlbəcər rayonunun Söyüdlü kəndinin qızıl mədənində filiz istehsalı ilə məşğuldur.

Həmçinin, Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin işğal altında olan bölgəsindən qanunsuz olaraq təbii resursların daşınması üçün Vardenis-Ağdərə magistral yolu inşa edilmişdir. Ermənistan hökuməti öz energetika nazirliyi vasitəsilə birbaşa olaraq Qızılbulaqdan Ermənistana filiz konsentratını nəql edərək daha sonra qızıl tərkibli mis emal edir və Avropa başda olmaqla beynəlxalq bazarlara ixrac edir. Əlavə olaraq, Yerevanda yerləşən elektrik stansiyasının təmin edilməsi məqsədilə Tərtər rayonunun işğal altında olan Çardaqlı kəndinin yaxınlığındakı mədəndən kömür əldə olunur.

Siyasi status-kvo ilə biznes arasında açıq-aydın qarşılıqlı əlaqə mövcuddur. Beləliklə də, işğalın davam etdirilməsi mineral, kənd təsərrüfatı, su resursları və digər sərvətlərin birbaşa olaraq Ermənistan və beynəlxalq “kölgə” biznesi üçün nəzərdə tutulduğunu iddia etmək olar. Burada demoqrafik dəyişikliklər əsas götürülərək məcburi köçkünlər də daxil olmaqla fundamental ziddiyyətin həyata keçirilməsi ilə insan haqları və humanitar normalar pozulur.

Bu epiloqda əhalinin gizli qaydada yerdəyişməsi və işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-leqal iqtisadi fəaliyyət hamıya məlum olan “qanlı brilyant” olaraq sosial-siyasi status-kvo, demoqrafik yerdəyişmə və silahlı münaqişələr yaradır.

Yerli əhali üçün bundan ağır problem ola bilərmi?

Əlbəttə ki bəli. Bizim bu barədə susmağımız!

Jurnal “ Geostrategic Pulse” №230, Sunday 5 February 2017

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi
21.04.2018, 11:43

ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi

Yerevanda yenə müxalifətin mitinqi başladı
21.04.2018, 11:33

Yerevanda yenə müxalifətin mitinqi başladı

Baş nazirliyə namizəd açıqlandı – Novruz Məmmədov – EKSKLÜZİV
21.04.2018, 11:08

Baş nazirliyə namizəd açıqlandı – Novruz Məmmədov – EKSKLÜZİV

Ələmdar Cabbarlının imza günü keçirildi
21.04.2018, 10:42

Ələmdar Cabbarlının imza günü keçirildi

Bakıda xəstəxananın zirzəmisi yandı
21.04.2018, 10:38

Bakıda xəstəxananın zirzəmisi yandı

Pekin aeroportu 97 reysi təxirə saldı 
21.04.2018, 10:21

Pekin aeroportu 97 reysi təxirə saldı 

Çaylarda sululuq SƏVİYYƏSİ 
21.04.2018, 10:18

Çaylarda sululuq SƏVİYYƏSİ 

Prezident Artur Rasizadə ilə görüşdü, gördüyü işlərə görə təşəkkür etdi
21.04.2018, 09:52

Prezident Artur Rasizadə ilə görüşdü, gördüyü işlərə görə təşəkkür etdi

Cəbhədə şiddətli atışma oldu 
21.04.2018, 09:44

Cəbhədə şiddətli atışma oldu 

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 
21.04.2018, 09:37

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi
21.04.2018, 09:14

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi

Parlament bu gün TOPLANIR - Baş nazirin kimliyi açıqlanacaq 
21.04.2018, 09:03

Parlament bu gün TOPLANIR - Baş nazirin kimliyi açıqlanacaq 

Tramp Şimali Koreyanın qərarını ALQIŞLADI 
21.04.2018, 08:59

Tramp Şimali Koreyanın qərarını ALQIŞLADI 

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 
21.04.2018, 01:11

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 

Qırğızıstanın yeni  Baş naziri məlum oldu
21.04.2018, 00:20

Qırğızıstanın yeni  Baş naziri məlum oldu

ABŞ məktəbində daha bir atəş açılıb
21.04.2018, 00:17

ABŞ məktəbində daha bir atəş açılıb

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək
21.04.2018, 00:14

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
21.04.2018, 00:13

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib

Ürəyi cavanlaşdırmağın yolu tapıldı
21.04.2018, 00:09

Ürəyi cavanlaşdırmağın yolu tapıldı

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib
21.04.2018, 00:08

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar
20.04.2018, 23:55

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”
20.04.2018, 23:46

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR
20.04.2018, 23:37

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb
20.04.2018, 23:26

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək   
20.04.2018, 22:18

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək  

Məşhur sovet kosmanavtı vəfat etdi
20.04.2018, 22:15

Məşhur sovet kosmanavtı vəfat etdi

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO
20.04.2018, 22:12

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 
20.04.2018, 21:30

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
20.04.2018, 21:17

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi
20.04.2018, 21:14

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi
20.04.2018, 21:02

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir
20.04.2018, 20:55

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 
20.04.2018, 20:43

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb
20.04.2018, 19:27

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR
20.04.2018, 19:15

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(9.52%)
İmtahan qiymətləri normalıdr(4.76%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(76.1%)
İmtahan qiymətləri azaldılmalıdır(2.38%)
İmtahan qiymətləri artırılmalıdır(7.14%)