Modern.az

Azərbaycanda dollar dəyişmək üçün ən sərfəli BANKLAR – SİYAHI

Azərbaycanda dollar dəyişmək üçün ən sərfəli BANKLAR – SİYAHI

30 Mart 2017, 12:35

Mart ayının 30-da xarici valyuta satan bankların sayı 28-ə çatıb.

Fins.az dollar/avro alıb satmaq üçün ən sərfəli bankların siyahısını təqdim edir.

 

Dollar qiymətləri 

 

Bu gün dolları ən yüksək qiymətlə alan “Unibank” və “Bank BTB”dir– 1.7200 manat.

Dolları ən aşağı qiymətə alan bank isə “AGBank”dır. Bu bankda dolların alış qiyməti 1.6650 manatdır.

 

ABŞ dollarının ən aşağı satış qiyməti “Dəmirbank”dadır – 1.7300 manat.

 

Bu gün dolların ən baha məzənnəsi 1.7500 manatdır. Bu məbləğdə dolları Pakistan Milli Bankının Bakı filialı, “Xalq Bank”, “Kapitalbank”, “Nikoilbank”, “Bank of Baku”, “VTB Bank Azərbaycan” və “Caspian Development Bank” satır.  

 

Avro qiymətləri  

 

Bu gün Avropa valyutasını ən baha alan “Bank Silk Vey”dir. Bu bankda 1 avro 1.8450 manata alınır.

Avronu ən ucuz alan “Bank Respublika”dır – 1.7870 manat.

Avronu ən ucuz satış qiyməti “Azər-Türk Bank” – 1,8700 manat.

 

Avronun ən baha satış qiyməti 1.9100 manatdır. Bu gün “Caspian Development Bank” Avropa valyutasını həmin məzənnə ilə satır. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi