Modern.az

Gəncənin icra başçısı Elmar Vəliyev: “Görərsiniz, 6 aya buranı dəyişdirəcəm”

Gəncənin icra başçısı Elmar Vəliyev: “Görərsiniz, 6 aya buranı dəyişdirəcəm”

12 Aprel 2011, 15:49

Gəncənin mərkəzi meydanı yarım ilə yeni görkəm alacaq. Ətrafdakı binaların fasadları da meydandakı inzibati binanın memarlıq üslubuna uyğunlaşdırılacaq. Bu haqda Modern.az saytının əməkdaşına şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. O, qeyd edib ki, inzibati binanın sağ tərəfindəki bir, sol tərəfində isə 3 beşmərtəbəli yaşayış binasının fasadları yenidən işlənəcək və inzibati binanın tərzinə uyğunlaşdırılacaq.
E.Vəliyev Mərkəzi Univermağın fasadının da keyfiyyətli şüşə materialdan örtüləcəyini söyləyib. O, həmçinin mərkəzi meydanın yeni görkəmə salınacağını, o cümlədən buradakı fəvvarələrin də rekonstruksiya ediləcəyini bildirib.
“Bura 6 aya tamamilə yeni görkəm almaqla respublikanın ən gözəl meydanına çevriləcək”-deyə, icra başçısı vurğulayıb.

Xaliq Qurbanov
Gəncə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi