Modern.az

Müsavatın qurultayı ilin sonuna kimi təxirə salınır (Eksklüziv)

Müsavatın qurultayı ilin sonuna kimi təxirə salınır (Eksklüziv)

12 Aprel 2011, 16:05

Arzu Səmədbəyli: “Məclisin may ayında partiyanın qurultayının keçirilməsi ilə bağlı qərarı yoxdur”

“Müsavat Məclisinin may ayında partiyanın qurultayının keçirilməsi ilə bağlı qərarı yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Müsavat Məclisinin sədri Arzu Səmədbəyli qurultaya hazırlıq prosesi barədə danışarkən bildirib. Onun sözlərinə görə, may ayında qurultayın keçirilməsi barədə deyilənlər jurnalistlərin ifadəsidir.

“Sadəcə, bundan əvvəlki Məclis əgər Müsavat bütün konfranslarını keçirib hazırlıq işlərini başa çatdırsa, may-iyun aylarında qurultayın keçirilməsini məqsədəyuyğun saymışdı. Əgər bu çatdırılmasa, o zaman hansı müddətə hazırlıq işləri başa çatsa, o zaman qurultayı keçirəcəyik”-deyə Məclis sədri vurğulayıb. A.Səmədbəylinin sözlərinə görə, 2011-ci ilin axırına qədər qurultayın keçirilməsi nəzərdə tutulur.

“Hazırda konfranslarımız gedir. Təşkilat Komitəsi bütün məsələri həll etməyə çalışır. Eyni zamanda, bu quriltayın keçirilməsinin bütün məsuliyyəti təkçə bizim üzərimizdə deyil. Rayon təşkilatlarına da konfransların keçirilməsi üçün yerlər verilmir. Qurultayın keçirilməsi üçün normal bir yer ayrılmalıdır. Bundan sonra qurultayın nə zaman keçirilməsi barədə dəqiqliklə fikir söyləmək olar”-deyə Məclis sədri bildirib.

A.Səmədbəyli həmçinin vurğulayıb ki, Müsavat başqanlığına namizədlərlə bağlı heç bir məsələ gündəmdə deyil. “Hələlik bu posta heç bir namizəd yoxdur”-deyə o vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər