Modern.az

“Brexit”ə start verildi – London nə qazanıb, nə itirəcək?

“Brexit”ə start verildi – London nə qazanıb, nə itirəcək?

30 Mart 2017, 14:15

Martın 29-da Avropa Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq və bu prosedurun şərtlərini müzakirə etməklə bağlı rəsmi məktubunu aldı. Tusk mərasim zamanı dilə gətirdiyi sözlərlə Brexit-dən məyusluğunu ifadə etmişdi.

“Bu günün London, nə də Brüssel üçün xoşbəxt olduğunu deyə bilmərik. Biz artıq sizdən ötrü darıxırıq”.

 

Emosional çıxışı zamanı Tusk Avropa biznesinin və vətəndaşlarının xərclərini minimuma endirməyə çalışacaqlarını dedi. Məktubda Tuska müraciət edən Mey  isə Britaniyanın Avropanın müttəfiqi kimi qalmaq istədiyini deyib.

 

Xanım baş nazir keçid dövrünü ölkəsi üçün ağır keçəcəyini etiraf etsə də, gələcəkdə Brüsselin diktəsindən azad şəkildə daha çox iş yerləri və investisiya cəlb edəcəklərini vurğulamışdı.

 

Maraqlıdır ki, Barak Obama administrasiyası Londonun Brexit-ə yox deməyə hər vəchlə qarşı çıxır, bunun neqativ nəticələr doğuracağını deyirdisə, Donald Tramp Birlikdən ayrılma prosedurunu alqışlayırdı. Tereza Meylə görüşdə Böyük Britaniya ilə azad ticarət zonasının yaradılması barədə danışıqların başlanmasına təkid edən Tramp hər iki ölkənin bundan qazancalı çıxacaqlarını deyirdi.

 

Avropa bazarına azad çıxışının bağlanmasına baxmayaraq, əksər dünya ölkələri Britaniyaya dəstəklərini nümayiş etdiriblər. Məsələn, 1 milyard funt sterlinq, Qətər isə 4 milyard funt sterlinq investisiya yatırmağı düşünür. Maraqlıdır ki, Londondakı mülklərin sayına görə qətərli iş adamları Britaniya kraliçasını belə üstələyirlər.

 

Birliyi tərk edən zaman London bəzi Avropa ölkələrinin narazılığı ilə üzləşəcək. Dumanlı Albionda 900 mindən artıq vətəndaşı yaşayan Polşa, əsas məhsullarını Britaniyaya ixrac edən İsveç Londona qarşı sərt mövqe tutublar. Lakin ən radikal mövqe Almaniyadan gəlir. Almaniya iqtisadiyyatı Böyük Britaniyanın Birlikdən çıxması ilə böyük maliyyə itkilərinə uğrayacağı üçün ən sərt şərtlər altında Brexit prosedurunu yekunlaşdırmaq istəyirlər.

 

İqtisadi baxımdan Rusiya və Türkiyə də Brexit-dən daha çox xeyir görəcəklər. Belə ki, İkitərəfli danışıqlar zamanı imzalanacaq razılaşmalar ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Yanvar ayında Britaniyanın xarici ölkələrlə ticarət dövriyyəsi 11,4% artıb və ilin sonuna qədər daha da artacaq.

 

Brexit Böyük Britaniya iqtisadiyyatının uzaq perspektivdə kəskin artmasına və Londonun yenidən dünyanın maliyyə paytaxtı kimi qalmasında yardım edəcək.

 

 

Vüqar İSMAYILOV   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər