Modern.az

Dərmanlara sertifikat verilməsi qaydası dəyişdirilir

Dərmanlara sertifikat verilməsi qaydası dəyişdirilir

Aktual

30 Mart 2017, 15:22

“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilir.

 

Modern.az xəbər verir ki, bu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında dəyişiklik müzakirəyə çıxarılıb.

“Dərman vasitələri haqqında” qanunun hazırki variantına əsasən, Azərbaycanda istehsal edilən və ölkəyə idxal olunan dərman vasitələri qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən sertifikatlaşdırılır.

 

Qanuna edilən yeni dəyişikliyə əsasən, dərman vasitələri qanunvericliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurum və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirlən qurumlar tərəfindən sertifikatlaşdırılır.

 

Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, yeni dəyişiklik qanunun “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə edilir.

Qanun layihəsi Milli məclisin plenar iclasına tövsiyə edilib.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?