Modern.az

Neftçilər prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Neftçilər prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Aktual

30 Mart 2017, 15:24

Martın 30-da axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

"Azəravtoyol" ASC-dən Modern.az-a verilən məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.


"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?