Modern.az

Gözün buynuz qişasının bankı yaradılsın – Komitə sədrindən TƏKLİF

Gözün buynuz qişasının bankı yaradılsın – Komitə sədrindən TƏKLİF

Aktual

30 Mart 2017, 15:35

“Azərbaycanda gözün buynuz qişasının bankı yaradılmalıdır və bu məsələ yaddan çıxarılmamalıdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

 

Deputat  bildirib ki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanununa dəyişiklik edilməklə bundan sonra gözün buynuz qişası Azərbaycana gətiriləcək.

“Qanuna edilən dəyişiklik layihəsi ilə bağlı Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi bə Dövlət Gömrük Komitəsi ilə müzakirələr aparılıb, müsbət rəy verilib.

 

Bundan sonra Səhiyyə Nazirliyinin icazəsi əsasında gözün buynuz qişası ölkəyə gətirələcək. Bu sahədə çətinlik vardı, ümid edirik, bu problem aradan aradan qalxacaq”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı