Modern.az

Putin Trampla Finlandiyada görüşmək istəyir

Putin Trampla Finlandiyada görüşmək istəyir

30 Mart 2017, 15:57

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Finlandiyada görüşməyə hazır olduğunu deyib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Arktika ilə bağlı sammitdə Putin iştirak etmək niyyətlərini dilə gətirib.

 

“Mənə görə Finlandiya ən münasib ölkədir. Helsinki bu tip görüşləri təşkil etmək üçün əla meydandır” – deyə Putin deyib.

Bununla yanaşı, belə görüşlərin öncədən ciddi hazırlanmalı olduğunu da əlavə edib.

 

Rusiya prezidenti Böyük İyirmilik ölkələrinin sammitində də Trampla görüşə biləcəyini deyib.

 

Vüqar İSMAYILOV 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı