Modern.az

Milli Məclis aprelin 7-də toplanacaq - GÜNDƏLİK

Milli Məclis aprelin 7-də toplanacaq - GÜNDƏLİK

30 Mart 2017, 17:38

“Milli Məclisin yaz sessiyasının növbəti iclası aprelin 7-də keçiriləcək”.

 

Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

 

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının həmin iclasının gündəliyinə 40 məsələ daxil edilib.

 

Yaz sessiyasının növbəti iclasında insan alverinə qarşı mübarizə üzrə milli kordinatorun illik məlumatı, bir neçə hökumətlərarası sazişlərin , birgə bəyanatların və sənədlərin təsdiqlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

 

Gündəlikdə bir sıra qanunlara da dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

 

1.  “Meliorasiya və irriqasiya  haqqında” qanuna dəyişiklik;

 

2. “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik;

 

3.  “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanuna dəyişiklik;

 

4.  “Qeyri dövlət, özəl müəssisə fəaliyyəti haqqında” qanuna dəyişiklik;

 

5.  “Veteranlar haqqında” qanuna dəyişiklik;

 

6.  “Təhsil haqqında” qanuna dəyişiklik;

 

7.  “Milli Arxiv Fondu haqqında” qanuna dəyişiklik;

 

8.  “Aviasiya haqqında” qanuna dəyişiklik;

 

9.  Cinayət Məcəlləsinə dəyişiklik;

 

10.  Vergi Məcəlləsinə dəyişiklik;

 

11. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

 

12.  “Dövlət satınalmaları haqqında “qanuna dəyişiklik;

 

13.  “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi 1-ci oxunuşda;

 

 

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub