Modern.az

Hesablama Palatası: "3 idarə müdiri işdən çıxarılıb, 98 nəfərə töhmət verilib"

Hesablama Palatası: "3 idarə müdiri işdən çıxarılıb, 98 nəfərə töhmət verilib"

Ölkə

12 Aprel 2011, 16:55

Hesablama Palatası aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən məsul şəxslər barəsində aidiyyatı orqanlar tərfindən ciddi intizam tənbehi tədbirlərinin görülməsinə nail olub. Bu barədə Hesablama Palatasının Milli Məclisə daxil olmuş hesabatında bildirilir. Modern.az saytının məlumatına görə, hesabatda bildirlib ki, 2010-ci ildə audit tədbirləri nəticəsində 3 idarə və şöbə müdiri, 3 baş mühasib işdən azad edilib. İki idarə müdiri daxil olmaqla 5 nəfərə şiddətli töhmət, 50 idarə müdiri daxil olmaqla 98 nəfərə isə töhmət verilib. 73 nəfər isə xəbərdarlıq alıb.

Eyni zamanda hesabat ilində Palatanın nəzarət tədbirləri nəticəsində 187 ştat vahidi ləğv edilib, 77 ştat vahidi üzrə əvəzləşdirmə aparılıb,114 qrup ləğv edilib, 725 çarpayı fondunun azalması təmin edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir